66

Ağıllı adapter də çıxdı…

Baxış sayı: 1. 301

Telefonların uzun müddət adapterə taxılı qalması isinmə və qısa dolma dövrü kimi problemlər yaradaraq telefonunuzun batareya ömrünü yavaş-yavaş azaldır. “Technews.az” xəbər verir ki, inkişaf etdirilən ağıllı adapter “UsBidi”nin köməyi ilə bu problemlərin qarşısı alınacaq.

Yeni adapterlə bütün gecə adapterə taxdığımız telefonumuzun batareyası dolduğunda, enerji transferi avtomatik olaraq kəsilir. Beləliklə, isinmə və qısa şarj dövrü problemi həll edilir. Nəticədə batareya sağlam qalır və ömrü uzanır.

LED işıqlı bildirişlər, rəngli kabellər kimi xüsusiyyətlərə sahib “UsBidi”nin ən vacib xüsusiyyəti iki dəfə sürətli enerji dolumu vəd etməsidir.

Qeyd edək ki, hazırda “Kickstarter” çərçivəsində 23 dollara satılan “UsBidi” kampaniyanın bitməsinə 29 gün qalmasına baxmayaraq, 400 min dollar toplamağı bacarıb. 35 dollara satışa çıxarılacaq “UsBidi”nin həm “Apple”, həm də “Android” sistemli cihazlar üçün versiyası mövcud olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir