Zumrud Haqverdiyeva

Ailədə olan tək uşağın psixologiyası – “SEANS VAXTI”

Baxış sayı: 456

Ailədə tək uşağın olması problemi müxtəlif ölkələrdə olduqca aktual problemdir. Psixoloqların bu mövzuda bir neçə araşdırması olmuşdur. Qeyd olunur ki, bir çox ölkələrdə birdən artıq uşağın olmamasının səbəb valideynlərin bir qisminin bir neçə uşağın məsuliyyətindən qorxması və qaçması, digər bir qism isə ikinci uşağın Maddi vəziyyətə ziyan vuracağını düşünməsi, digər bir qisim valideynlər isə ümumiyyətlə uşaq istəməmələridir.

Müasir dövrdə bir sıra ailələr bir uşağın olmasını norma hesab edirlər. Onların düşüncəsinə görə bir uşağı həm maddi həm mənəvi cəhətdən təmin etmək daha asandır. Eyni zamanda düşünürlər ki uşaq hər cəhətdən təmin olunur və onun heç nəyə ehtiyacı olmur.

Tək uşaqlı ailədə göz açan uşaq hələ dünyaya gəldikləri ilk zamandan sonra etibarən xüsusi atmosferdə böyüyür, buna səbəb ailədə ilk və yeganə olmasıdır. Uşaq ailədə yeganə övlad olduğu üçün hətta böyüdüyü zaman da uşağa xas xüsusiyyətləri özündə saxlayır.

Tək uşaqlı ailələrdə böyüyən uşaqların vəziyyətini izah edən 2 baxış mövcuddur:.

1) Bu uşaqlar başqa uşaqlara nisbətən emosiyalarına daha az qapılırlar.

2) Psixoloji tarazlığı əldə etmək üçün o daha çox çətinliklərlə qarşılaşmalı olur, çünki onun qardaş və bacısı yoxdur.

 

Uşaq dünyanın mərkəzi olarsa;

Bu zaman daima diqqət mərkəzində olan uşaq, valideynlərin kömək və nəvaziş indi sanki belə də olmalıdır kimi qəbul edir. Valideynlərini və ətrafında olan şəxsləri idarə etməyə çalışır, onların qayğısından sui istifadə etməyə başlayır. Əgər ətrafında olan şəxslər ona tabe olmursa, bu zaman, gözyaşı, qəzəb, yemək və sudan imtina və.s kimi süni yollardan istifadə edir.

Tək uşaqlı ailədə olan uşağın bacı və qardaşı olmadığından onlar valideynlərinin sevgisini heç kimlə bölüşmür, özlərini başqaları ilə müqayisə etmirlər. Nəticədə özlərini başqalarından üstün tuturlar. Daima hər yerdə birinci olmağa çalışırlar. Hansı iş olursa olsun həmin işdə uğur əldə etmək istəyirlər.

Özündən başqa uşağın olmaması, uşağın yaşıdları ilə ünsiyyətini çətinləşdirir. Belə olduqda başqalarının arzu və istəklərini nəzərə almır. Nəticə etibarilə özünü böyüklər kimi aparır. Hələ kiçik yaşlarımdan özünü böyümüş kimi aparır, onlar kimi danışır hətta onların geyimi, yerişi, gülüşünü bənzətməyə çalışır.

Eyni zamanda qeyd edək ki, ailədə tək uşaqların olmasının müsbət cəhətləri də vardır. İlk növbədə, o ailədə tək olduğu üçün valideynlərinin sevgi və qayğısı ona istiqamətlənir. Bu valideynlərə imkan verir ki uşağı ilə daha çox zaman keçirib və qabiliyyətləri inkişaf etdirsin.

Əziz valideynlər əgər övladınıza qayğı, sevgi, birlikdə keçirilmiş zaman- bunların hamısını yalnız 1 övladınız üçün edə biləcəksinizsə, o zaman 1 uşaqla kifayətlənməniz daha faydalı olar. Övladın çox olması deyil də, onun mənəvi və Maddi ehtiyaclarını qarşılamaq əsasdır.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir