rena bayramova

Arıqlamaq istəyərkən nələri düz etmirik? – “SAĞLAMLIQ BƏLƏDÇİSİ”

Baxış sayı: 900

Adətən çəki atmaq istəyən insanlar ac qalmağa üstünlük verirlər. Hansı ki, bu halda arıqlamaq mümkün olmur. Bu yolla arıqlmaq mümkün olmayanda isə “görəsən nəyi düz etmirəm” sualı yaranır. “Gencaile.az” saytının “Sağlamlıq bələdçisi”ndə Dietoloq DR. Rəna Bayramovanın düzgün arıqlmaqdan bəhs edən yazısını təqdim edirik.

Ac qalmaq kökəlmək deməkdir Adətən biz xolesterini ürək-damar sisteminin əsas “düşməni” kimi görürürk. Lakin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən bir çox insanlarda xolesterin normada olur.

Digər tərəfdən yüksək xolesterinin salınmasına yönəlmiş müalicə də bəzən heç bir effekt vermir.

Əslində, ürək və damarların əsas düşməni heç də xolesterin deyil, homosisteindir.

Homosistein orqanizmdə əmələ gələn aminturşusudur. Fol turşusu, B6 və B12 vitaminlərinin təsirindən homosistein orqanizmdən xaric olunur. Lakin bu vitaminlərin çatışmazlığı və bəzi digər səbəblər nəticəsində homosistein orqanizmdə toplanaraq damarların divarlarını zədələyir, onları daha boş və yumşaq edir ki, nəticədə xolersterin belə damarlarda daha asan və tez yığılır.

Bilmək lazımdır ki, saglam və möhkəm damarlarda xolesterin yığılmır. Beləliklə, məhz homosistein ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi olan ATEROSKLEROZUN inkişafına təkan verir.

Onun orqanizmdə optimal səviyyəsi 5-7 mkmol/l. Onun 5 mkmol/l və daha çox qalxması aterosklerozun riskini qadınlarda -80, kişilərdə- 60% qaldırır. Yaxşı olardı ki, xolesterinlə yanaşı homosisteinin səviyyəsi də təyin olunardı.

rena bayramova

Homosisteinin artmasının əsas səbəbləri bunlardır:

✓     bəzi dərman preparatlarının (metotreksat, karbamazepin, fenitoin və s.) qəbulu

✓     B12, B6 və B9 (fol turşusu) vitaminlərinin defisiti

✓     Spirtli içkilər və siqaret

✓     Qəhvənin çoxlu miqdarda istehlakı

✓     Qeyri sağlam gidalanma, kökəlmə

✓     Oturaq həyat tərzi homosisteyin səviyəsini  artirir və təbiyi ki aterosklerozu yaradır.

Xolesterin aterosklerozun hər zaman səbəbi deyilmiş yaxşı xolesterin heç də deyilmiş və ona görə də mənim dietlərimdə yağlar mütləqdir.

Xolesterin çins hormonların sintezinin regulasiyasında vacibdir (progesteron, estrogen, testosteron kimi)

Xolesterin yağda həll olunan vitaminlərin  sorulmasında kömək edir (vit A, vit D, vit E, vit K)

Siz piydən, yağdan qorxursuz,  amma əsas qaraciyərin və qan damarların düşməni- FRUKTOZA, hansı ki piyə dəyişir.

Piy piyə dəyişməz məsələn, pəhriz saxlayarkən menyudan yağları tamamilə çıxartmaq düz seçim deyil.

Sağlam yağlarla qidalanmaq lazımdır. Məsələn, siz qızardılmış yeməklərə üstünlük verərkən bilməlisiniz ki, qızardılan qıdada artıq yağ KONSARAQEN olur və siz onun kalorisini artırmış olursunuz. Bütün qidalarda gizli yağlar var. Eyni zamanda da BİTKİ yağlarına üstünlük verərək düzgün qidalanmaq olar. Təbii ki, yağın qəbulu da hər yaş həddinə görə təyin olunmalır. Uşaqlar heyvanı yağlar almalıdırlar, çünki kərə yağının tərkibində olan A və B vitaminləri onlarının inkşafı üçün zəruridir. Pəhirzdə olan insan yağları gündəlik menyusundan tamamilə çıxartmamalıdır, əgər bu baş verərsə, öd kifayət qədər ifraz olunmur, nəticədə qəbizlik və sonunda disbakterioz yaranır (bağırsaq florasını korlanır) Bir-biri ilə zəncirvari əlaqəli olan proseslərin nizamının pozulmaması üçün SAĞLAM qidalanaraq arıqlamaq lazımdır. Ac qalmaq düz deyil. Mənim dietam- DİETSİZ DİET adlandırılır, çünki qidadan tamamilə imtina etməklə və ya öz başına və düzgün olmayan pəhriz saxladığımız zaman insan orqanizmində enerji azalır, metabolizm zəifləyir və nəticədə mikroelementlər, zülal, yağ, karbohidrat çatışmazlığı yaranır, bu da öz növbəsində orqanizminizdə bir çox dəyişiklik yaratmağa başlayır, başqa xəstəliklər əmələ gəlir.

Ac qalmaq həzmin çətinləşməsi deməkdir. Siz nə qədər qidanı kəsirsiniz, bir o qədər də sizin bədəninizdə çəkinin dayanıqlığı artır. Nəticədə siz nə qədər ac qalsanız da, çəki ata bilmirsiniz. Odur ki, ac qalmaq faydalı deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir