TOYUQ RULETI

Fıstıqlı toyuq ruletini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 812

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə fıstıqlı toyuq ruletinin hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

Toyuq

Qovrulmuş göbələk

Fıstıq

Ədviyyat

 

Hazırlanması:

Toyuğun dərisini çıxarın. Ətini xırda doğrayın. Göbələyi yağda qovurun. Toyuq əti, təmizlənmiş fıstıq, ədviyyatla qarışdırın.

Bu içi səliqə ilə soyduğunuz dərinin içinə yerləşdirin. Rulet kimi bükün. Bunu folqanın içinə qoyub bükün, uclarını düyün.

200-210 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.

Sobadan çıxarandan sonra soyudun. Sonra soyuducuda 5-6 saat (ən yaxşısı bir sutka) saxlayın.

Donmuş ruletin üzərindəki folqanı soyun. Dilimləyib süfrəyə verin.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir