-e9ed9cad162117025518749515910419407

Avropa ölkələrinin qeyri-adi vərdişləri

Baxış sayı: 398

Hər bir dövlətin mədəniyyəti çox fərqlidir və onların bəzi vərdişləri bizim üçün qəribə və anlaşılmazdır. Bu yazıda sizə avropalıların bəzi qeyri-adi vərdişləri haqqında topladığımız məlumatları təqdim edirik.

Dondurulmuş qidaya üstünlük verirlər

Avropalılar əsasən dondurulmuş xama, un məhsulları, soğan, noxud və digər məhsullar almağa üstünlük verirlər. Onların düşüncələrinə görə,bu tip qidaların dondurularaq saxlanması çox əlverişlidir. Həmin məhsullar uzun müddət solmur və ya qurumur, həmçinin əlavə olaraq onları menyuya daxil etmək də olduqca rahatdır.

 

Kommunal xidmətlərə qənaət edirlər

Avropalılarda belə bir qayda var. Onlar istilik üçün əlavə avro ödəməkdənsə, əlavə bir paltar geyinməyə üstünlük verirlər. Əslində  bu vərdişlərinə görə, onları günahlandırmaq olmaz, çünki əksər Avropa ölkələrində kommunal xidmətlər çox bahadır. Məhz buna görə Avropa ölkələrinin sakinləri həmişə qab-qacaqları su ilə dolduraraq qablarını yuyurlar, heç kimin olmadığı otağda işığı söndürərək beləliklə qənaət edirlər.

Tullantılar çeşidlərinə görə ayrılır

Heç bilirdinizmi ki, Avropalılar heç vaxt şüşə, plastik və batareyaları  zibil torbasına qoymazlar. Avropa ölkələrinin əksəriyyətində hər tullantı növü üçün ayrıca bir zibil paketləri var. Xaricdə insanlar ətraf mühitin təmizliyinə çox riayət edirlər və buna görə də onlar ətrafı təmiz saxlayaraq, planetin bu yükünü mümkün qədər azaltmağa çalışırlar. Məsələn, İsveçdə plastik torbalar kağız torbalardan iki qat bahadır və plastik şüşə su 10 krona alırsanızsa, onda bir kron əlavə ödəməlisiniz.  İsveçdə, həmçinin bir növ motivasiya sistemi var. Burada bir insan plastik qabda su içərsə və həmin qabı plastik qəbuledici maşına təhvil verərsə, onun ödədiyi bir kron ona geri qaytarılacaqdır.

 

Tullantıları parçalayan qurğudan istifadə edirlər

Avropada ölkələrində özəl evləri olan insanlar adətən tullantıları parçalayan qurğulardan istifadə edirlər. Onlar düşmüş yarpaqlar, biçilmiş ot və tərəvəz qalıqlarını xüsusi qurğularda uyütdükdən sonra həmin qalıqları xüsusi tullantılar çuxuruna atırlar. Bu tip tullantılar sonradan tez-tez bağdakı əkin və digər işlər zamanı istifadə olunur.

Temizlik

Təmizlik şirkətlərinin xidmətindən istifadə edirlər

Adətən müsəlman ölkələrində bir çoxları kişinin ailə başçısı, qadının isə ailə ocağının qoruyucusu olduğuna inanaraq illər öncə qoyulan  nizam-intizamlara əməl edirlər. Avropada praktik olaraq bu stereotiplərlər qalmayıb. Məsələn, Almaniya, Fransa və digər ölkələrin sakinləri gender bərabərliyi uğrunda mübarizəyə başlayıblar.  Bu ölkələrdə qadınlar kişilərlə bərabər işləyirlər, ərlərini tez-tez məzuniyyətə göndərirlər və mümkün qədər bütün işləri yerinə yetirməyə çalışırlar. Avropada yaşayan iş qadınları üçün təmizlik işləri ilə məşğul olan şirkətlər əsl xilasedicidir. Burada təmizliklə məşğul olan  işçini çağırıb məşqə və ya alış-verişə gedən bir qadını heç vaxt qınaq atəşinə tutmayacaqlar

Paltarqurutma kabinləri Avropa ölkələrində kök salıb

Xüsusi paltar qurutma kabinləri hələ də bir çox ölkələrdə istifadə olunmasa da, Avropa ölkələrində artıq kök salıb. Avropalılar bu cihazın bütün üstünlüklərindən çox məmnundurlar. Bu tip qurutma kabinlərinə bir dəfəyə çox miqdarda paltar qoya bilərsiniz və paltarlarınızın təhlükəsizliyinə görə tam əmin ola bilərsiniz.

 

Mənzilə daxil olarkən ayyaqqabılarını çıxarmırlar

Avropalıların daha bir qeyri-adi vərdişlərindən biridə odur ki, onlar   mənzilə daxil olarkən heç vaxt ayaqqabılarını çıxartmırlar. Bizim üçün bu vərdiş hələ də qəribə  olaraq qalır. Həmçinin qeyd etmək lazımdır ki, avropalılar evlərində demək olar ki, xalçalardan istifadə etmirlər.

 Hədiyyə edərkən üstündə hədiyyənin çekini də qoyurlar

Avropadakı qohumlarınızı ziyarətə getdiyiniz zaman paltar və ya ətir hədiyyə alarkən üstündə çeki də alsanız heç də təəccüblənməyin.  Avropalılar adətən praktik hədiyyələrə üstünlük verirlər.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir