kemer

Avtomobildə kəməri düzgün qaydada necə taxmalı? – VİDEO

Baxış sayı: 1. 443

Düzgün taxılmış təhlükəsizlik kəmərləri qəza zamanı insanın həyati təhlükəsini əhəmiyyətli dərəcədə azaldır. İstər ön, istər arxa oturacaqlarda, istər uzun, istərsə də qısa məsafə qət edilən zaman, şəhər içi və ya şəhər kənarı demədən kəmər taxmaq son dərəcə zəruridir.

Xüsusilə arxa oturacaqda oturanlar kəmərə taxmalıdırlar. Çünki qəza anında sürücü və ön oturacaqda oturanların da həyatlarını təhlükəyə atırlar.

Bəzən sürücülər YPX əməkdaşlarını gördükləri zaman kəməri üzərilərinə atırlar. Əslində isə heç yerə bərkitmitlər. Bu isə son dərəcə təhlükəlidir. Hamilə qadınlar sükan arxasında olarkən, və ya sərnişin qismində kəmər taxmağa xüsusi diqqə yetirməlidirlər. Həmçinin kəməri düzgün taxmalıdırlar.

Düzgün kəmər taxma ilə bağlı videoçarxı təqdim edirik:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir