soyuducu

Axşam yeməyi üçün ən uyğun qidalar – Nələr yemək olmaz?

Baxış sayı: 470

Axşam yeməyi üçün qida xüsusi seçilməlidir. Həm kökəltməsin, həm ağır olmasın.

Dietoloq Svetlana Pavliçenko axşam üçün toyuq filesi ilə tərəvəz qarnirini uyğun bilir.

“Axşam yeməyi üçün elə saat seçilməlidir ki, yatmağa yaxın həm aclıq hiss etməyəsiz, həm də tox olmayasız.

Əgər siz gecə 12-1də yatırsızsa, deməli, axşam 9-da yeməyi bitirməlisiz.

Əgər tez yatırsızsa, 7-də yeyə bilərsiz.

Yuxudan 2 saat öncədən qida qəbulu dayanmalıdır. Sonradan nələrsə atışdırmaq, axşamlar şirniyyat yemək olmaz.

Axşam zülalla zəngin qidalar seçilməlidir. Bu yağsız toyuq əti, balıq və istənilən tərəvəz ola bilər.

Bunları da hər gün yemək olmaz. Həftədə 3 gün zülal, 3 gün zülal əvəzi paxlalılar yemək lazımdır.

Axşam yeməyiniz duzlu olmamalıdır, ümumiyyətlə, axşam duz qabını masaya qoymayın. Bu böyrəkləri yükləyir, bədəndə ödem yaradır, təzyiqi gecə qaldıra bilir.

Axşamlar süd içmək də məsləhət deyil. Çünki onda olan yağ və laktoza yuxunu çətinləşdirir, köp əmələ gətirir.

Axşam yuxudan öncə su içmək də tövsiyə olunmur. Amma yeməkdən 1 saat sonra 1 stəkan suyunuzu mütləq için”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir