temperatur

Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir?

Baxış sayı: 485

Bəzi insanlarda bədən temperaturunun xüsusən axşam saatlarında bir qayda olaraq yüksəlməsi müşahidə olunur. Heç şünhəsiz ki, bu, hansısa xəstəliyin əlaməti ola bilər. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, ailə həkimi, terapevt Nərminə Abbasova axşam saatlarında bədənin temperaturunun yüksəlməsinin hansı xəstəliklərdən xəbər verməsi məsələsinə aydınlıq gətirdi.

NERMUNE ABBASOVA

Mütəxəssisin fikrincə, bədənin temperaturunun 37 dərəcəyə qədər yüksəlməsi norma daxilində tərəddüddür və buna xüsusi diqqət yetirmək lazım deyil.

Temperatur 37,5 dərəcəni keçdiyi halda narahat olmağa dəyər.

Həkim bildirir ki, bu cür subfebril temperaturun səbəbləri müxtəlifdir və fizioloji da ola bilər: fiziki yük, isti yemək və ya müəyyən dərmanların qəbulu, həmçinin, qadınlarda aybaşıdan əvvəlki vəziyyət və alkoqol temperaturun bu cür yüksəlməsinə gətirib çıxarmaq iqtidarındadır.

Eyni zamanda, patoloji səbəblər də istisna olunmamalıdır. İlk növbədə, soyuqdəymə axşam saatlarında temperaturun qalxmasına səbəb olur. Romanenko qeyd edir ki, ləng inkişaf edən iltihabi xəstəliklərdə də belə hallar müşahidə olunur.

“Bunu müəyyənləşdirmək üçün C-reaktiv zülala analiz vermək lazımdır”, – deyə ekspert bildirir.

Bundan əlavə, hormonal pozğunluqlar və ya qalxanvari vəzinin işində problemlər temperaturu qaldırır. Bir çox onkoloji xəstəliklərdə də axşam saatlarında bədənin hərarəti yüksəlir.

“Bədənin temperaturunun tənzimlənməsinin pozulmasına gətirib çıxaran termonevroz adlanan əsəb xəstəliyi də var”, – Abbasova deyir. Bu zaman nevropatoloqa müraciət edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir