burc

Ayrılığı ağır və asan keçirən bürclər

Baxış sayı: 535

Sevgi hər bir insanın həyatında olur. Bəzən bu illərlə davam edir, bəzən yarıda buraxılır, insan başqası ilə yoluna davam etməyə çalışır. Sevgiləri, ayrılıqları insanlar bürclərinə görə fərqli şəkildə yaşayır. Kimi unudur, kimi unudubmuş kimi hiss etdirir, kimi başqası ilə həyatına davam etsə də sevgisiniz unutmur. Və bir gün keçmiş sevgi qarşısına çıxır.

Keçmiş sevgiliniz qarşınıza yeni sevgilisi ilə çıxsa nə edərsiniz? Bürclər öz xarakter və xüsusiyyətlərinə görə müxtəlif reaksiyalar nümayiş etdirir. Maraqlıdırmı sizə keçmiş sevgiliniz sizi yeni sevgilinizlə görsə nə edər? O zaman yaxın gəlin…

 

Qoç bürcü

Qoçların münasibətləri hər zaman problemli bitər. Keçmiş sevgililərini başqası ilə əl-ələ, göz-gözə görməyi qəbul edə bilməzlər. Onların məqsədi təkcə sizi incitmək deyil, həm də içində sizə qarşı olan hirsini tökməkdir. İçində olan hirs və əsəbi sizdən çıxmasa rahatlamaz. Bunun üçün də keçmiş Qoç bürcündən olan sevgiliniz sizi yeni sevgilinizlə görsə, yaxınlaşıb “özünə layiqli olanı tapmısan” deyər. Bu söz ağır dava ilə nəticələnsə də, Qoç dava etməkdən çəkinməz.

 

Buğa bürcü

Buğalar sevdikləri insanı kiminləsə paylaşmaq istəməz. Ayrılsalar belə hər zaman ürəyinin bir hissəsində sevdiyini saxlayar. Keçmiş sevgilisini yeni sevgili ilə görmək, Buğa bürcü altında doğulan insan çox ağır təsir edər, baxışları ilə qısqandığını hiss etdirər. Elə pis baxar ki, cütlük bu baxışları ömür boyu unutmaz. Bu xoşagəlməz görüş, uzun zaman Buğaları düşündürər. Buğalar sevdikləri ilə yaşadıqları romantik anları rahatlıqla silə bilməzlər.

 

Əkizlər bürcü

Duyğuları hər zaman dəyişən Əkizlər bürcünün sevgidə reaksiyalarını müəyyən etmək çox çətindir. Bir gün keçmiş sevgililəri üçün darıxan Əkizlər, sabah heç vecinə də almaz. Sizi yeni sevgilinizlə görən keçmiş Buğa bürcü, sevgiliniz üçün bu sadəcə maraqlı xəbərdir. Əvvəlcə çaşqınlıq keçirsə də, sonra bu xəbəri kiminləsə paylaşmaq ehtiyacı hiss edərlər. Ən yaxın dostlarına zəng edib bu qarşılaşmadan danışarlar. Arxasınca danışıb yeni sevgilinizi də aşağılamağa çalışarlar.

 

Xərçəng bürcü

Bitən münasibətlərin arxasınca, ən çox Xərçəng bürcləri ağlaya bilər. Keçmişdə yaşanılanlar ruhlarına rahatlıq verməz. Keçmişdə sizinlə gəzdikləri məkanları gəzərkən kədələnərlər. Ən gözəl sevən bürcdür, Xərçəng. Böyük sevgi yaşadığı şəxsi yeni sevgili ilə görmək, Xərçəng üçün ağır bir dərd ola bilər. Bəlkə sizin yanınızda səsini çxarmaz, amma evə gedən kimi gözyaşlarını saxlaya bilməzlər. Sizinlə münasibəti çoxdan bitsə belə, xəyanətə uğramış hissini yaşayar, əziyyət çəkərlər.

 

Şir bürcü

Qürurlu bürc olan Şir, hər zaman münasibətlərində özünü üstün tərəf hesab edir. Münasibətlərini qarşı tərəf bitirsə belə, yenə də itirənin özü olduğunu düşünməz. Şirlər uzun müddət sevə bilmir. Gedənə “xoş getdin” deyən Şirlər elə düşünür ki, istədiyi zaman istədiyi şəxslə sevgi yaşaya bilər. Keçmiş sevgilisini yeni sevgili ilə görən Şir, qürurlu şəkildə cütlüyün yanından keçib qəhqəhə də çəkər.

 

Qız bürcü

Davam etməyəcək bir sevgini qurtarmaq üçün mübarizə aparmaz, Qız bürcü. Bəzi hisslər bitibsə bitib. Öz həyatlarına davam edərlər. Keçmiş sevgilisini yeni sevgili ilə görən Qız qısqanmaz, amma xırdalığı sevdiyi üçün yeni sevgiliyə başdan ayağa baxarlar. Gözəldirmi, xarici görkəmi yaraşıqlıdırmı və s. diqqət yetirərlər.

 

Tərəzi bürcü

Romantik münasibətlərin bir parçasıdır, Tərəzi. Sevgi dolu bir sevgi yaşayarlar. Ayrıldıqdan sonra bir müddət əziyyət çəksələr də, ayrılığa adaptasiya olmağı bacarırlar. Keçmiş sevgilisini yeni sevgili ilə görən Tərəzi, laqeyd qalmır. Əvvəlcə buna laqeyd görünsələr də, sonradan sosial şəbəkələrdə yeni sevgilinin profilini axtarmağa başlayarlar. Özündən daha gözəl, daha yaraşıqlı olub-olmadığını düşünər.

 

Əqrəb bürcü

Münasibətləri pis formada bitibsə, Əqrəblərin içində kin və hirs yatar. Sevgi və nifrəti birlikdə yaşaya bilir Əqrəblər. Sizi yeni sevglilinizlə görən keçmiş Əqrəb sevgiliniz sizi qısqanar, ağlından sizə mincür zərər vermək keçirər. Hər ikinizə əziyyət verəj üçün yeni planlar qurmağa başlayarlar. Bu qarşılaşma Əqrəblər üçün yeni müharibəyə yelkən açar.

 

Oxatan bürcü

Bitən münasibətlərin arxasınca uzun müddət düşünməz, Oxatanlar. Oxatan üçün həyat keçmişi düşünməyəcək qədər dəyərlidir. Qısa bir müddətdə toparlanıb, başqa bir sevgiyə yelkən açmağa tələsərlər. Sizi yeni sevgilinizlə görən keçmiş sevgiliniz Oxatan, bunu heç vecinə də almaz. Çünki o, sizi çoxdan unudub. Sizi görsə belə, diqqət yetirməz, yanınızdan keçib gedər. Bu laqeydliyi sizi çaşdıra da bilər.

 

Oğlaq bürcü

Oğlaqlar, bitən münasibətlərini qısa bir zamanda unudurlar. Keçmiş sevgilisini yeni sevgili ilə görən Oğlaq, ilk olaraq yeni sevgilinin işini düşünər. Buna görə də, sosial şəbəkədə onu axtarıb peşə və ya ixtisası ilə maraqlanarlar. Əgər özündən üstün biridirsə, qısqanmağa başlayarlar.

 

Dolça bürcü

Dolça bürcü üçün keçmiş sevgili həm də yaxın dostdur. Keçmiş sevgilisi ilə dost qala bilən bəlkə də yeganə bürcdür, Dolça. Sevməyi bacarmayan Dolçalar, ayrıldıqdan sonra yas saxlamazlar. Sizi yeni sevgilinizlə görmək incitməz Dolçanı. Dost qalmısınızsa, salam verib keçərlər. Hətta söhbət etmək istəsəniz, sizinlə söhbət də edərlər.

 

Balıq bürcü

Balıq bürcünün həyata ən çox sevgi bağlayır. Bütün sevgilərini güclü yaşayarlar. Ayrılıq, onlar üçün bir çöküşdür. Tərk edilən Balıq bürcü, keçmiş sevgilisini yeni biri ilə görərsə, qısqanclıq dolu əziyyət çəkər. Canı yanırmış kimi baxar gözünüzə, keçmiş sevgiliniz – Balıq. Keçmiş sevgilininin yeni sevgili tapması, başqa birisinə toxunması Balıq üçün işgəncədir. Balıq üçün ayrılıq da sevgiyə daxildir…

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir