metbex

Azərbaycanlı ailələr dizaynerlərdən nə tələb edirlər?

Baxış sayı: 661

“Azərbaycanlı ailələr evlərinin interyerində daha çox “lepka” dəbdə olsa da, olmasa da bunu daim sevirlər və çox istifadə edirlər”.

Bu fikirləri “TOSCAN” İnşaat şirkətinin direktoru Nuran Yasinova deyir.

Memar-dizayner qeyd edir ki, ailələrin dizaynerlərdən istək və tələbləri bölgələr üzrə fərqlənir:

“Xanımlar mətbəxin rahatlığına xüsusi yanaşırlar. Studiya mətbəxi sevməyən qadınlar onun ayrı və geniş olmasını istəyirlər. Bundan əlavə mətbəx daxilində anbarın da olması çox tələb olunur”.

Zövqlərin müxtəlif olduğunu bildirən Nuran Yasinova azərbaycanlı ailələrin hər küncü funksional dolaba çevirmək istəkləri ilə tez-tez qarşılaşdıqlarını qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir