Azərbaycanda 60 nəfər valideynlik hüququndan məhrum edilib

Baxış sayı: 1. 366
Dünyada olduğu kimi, Azərbaycanda da ildən-ilə boşananların sayı artır. İlk vaxtlar sadə görünən boşanma halları özündən sonra bir çox problemləri də gətirir. Valideynlərin ayrılması ilk növbədə onların övladlarına psixoloji təsir göstərir. Bu prosesdən sonra valideynlərdən birinin uşaqla yetərincə maraqlanmaması isə sonda onların bu hüquqlardan məhrum edilməsi ilə nəticələnir.
Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov bildirib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2014-cü ildə birinci instansiya məhkəmələrində valideyn hüquqlarından məhrum etməyə dair 98 mülki işə baxılıb. O qeyd edib ki, mülki işlərdən 60-da iddialar təmin edilib.
“Dövlət Statistika Komitəsində məhkəmə işlərinə dair mövcud məlumatlar əsasında birinci instansiya məhkəmələrində baxılmış işlərin sonrakı instansiya məhkəmələrindəki (apelyasiya instansiyası məhkəmələrində və Ali məhkəmədə) taleyini müəyyənləşdirmək mümkün deyil.  2015-ci ilin birinci yarısında valideyn hüquqlarından məhrum etməyə dair mülki işlərlə bağlı statistik məlumatlar cari ilin oktyabr ayının birinci yarısında hazır olacaq”, deyə R.Süleymanov bildirib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir