279930

Azərbaycanda şəkərli diabet xəstələri üçün ilk

Baxış sayı: 1. 890

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə 90 ədəd pompa 3-18 yaş arası 90 uşaq üçün nəzərdə tutulub. Dövlət hesabına Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınaraq, mərkəzləşmiş formada Respublika Endokrinoloji Mərkəzinə təqdim olunan pompalar uşaqlar üçün pulsuz tətbiq ediləcək.

Pompa insulinin yeridilmə metodudur və bunun adi insulinin vurulmasından bir sıra fərqli cəhətləri var. Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, mütləq miqdarı kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha düzgün kompensasiya etməyə imkan verir. İkinci tərəfdən də qida insulini lazım olanda bu proqram vasitəsilə orqanizmə yeridilir və ora əlavə olaraq insulin atılır.

Pompada ultra qısa və yaxud qısa təsirli insulin istifadə olunur və iynəsi 3 gündən bir dəyişilir. Digər insulin yeridilmə metodunda (insulin preparatlarının infuziyasında) gündə 1-2 dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulin vurulur. Amma yeni metodda insulin iynəsi bir də dəri altına yeridilir, şunur vasitəsilə pompayla əlaqələndirilir və 3 gündən bir dəyişilir. İnsulin iynəsi dərialtına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şnur vasitəsilə pompa ilə əlaqələndirilir. Pompanın işində insulin rezervuarı olur və bu proqrama uyğun olaraq uşaqlara insulin yeridilir.

Şəkərli diabetdən əziyyət çəkən uşaqlarda pompaların tətbiqində xüsusi meyarlar nəzərdə tutulacaq. Bura yaş həddi, müəyyən təlimlər keçmiş, özünü idarə edə bilən, süd çağı sindromu olan, kompensasiyası yaxşı getməyən yeniyetmə dövründə olan uşaqlar və s. kimi meyarlar daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir