leyla

Azərbaycanlı həkimin unikal layihəsi onu Obama ilə görüşdürə bilər – SƏS VERƏRƏK DƏSTƏK OLAQ

Baxış sayı: 2. 393

HealthBox adlı mobil əlavə müharibə zonasında olan mülki əhalinin tibbi yardıma əlcatanlığını artıra biləcək. Mobil tətbiq etmə pasiyentlərə öz sağlamlıqları ilə əlaqədar informasiyanı bir başa xəstəxana və apteklərə göndərməyə imkan verəcəkdir.

Proqramın tətbiqinin ilk mərhələlərində mobil telefon istifadəciləri reseptləri skan edib bir başa ölkənin apteklərinə yollaya biləcəklər, apteklərdən alınmış təkliflərə əsasən pasiyentlər özlərinə əlverışli hesab etdikləri təklifləri sifariş edəcəklər. Mobil telefonu olmayan əhali ücün gələcəkdə xidmətdən istifadə etmək məqsədi ilə poliklinika və xəstəxanalarda terminalların yerləşdirilməsi nəzərdə tutulub. Proqramı yükləyən istifadəci, artıq dərman axtarışında onlarla aptek dolaşmalı olmayacaq, tətbiq xəstələrin vaxtını və pulununa qənaət edərək, informasiya bir başa onların mobil telefonuna göndərəcək. Pasiyentlər istədikləri vaxt ünvana çatdırılma xidmətindən istifadə edə biləcəklər.

Elm və Texnologiya üzrə Qlobal Sammit  – 2016 GİST-İ,  ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosasiyası) tərəfindən hər il keçirilən müsabiqədir.

Bu il,  2016 GİST-İ ABŞ Kaliforniya ştatında, Silikon Vadisində, iyunun 20-24 arası keciriləcək.

135 ölkə arasında kecirilən müsabiqədə, dünyanın hər yerindən 1075 ərizə qəbul olunub. Azərbaycandan olan layihə beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilərək, yarımfinala keçmişdir.

Azərbaycan yarımfinalda, səhiyyəyə aid, innovativ HealthBox layihəsi ilə təmsil olunur. Qeyd edək ki, HealthBox xəstələrin tibbi xidmətlərə əlcatanlığını yüksəltmək ücün işlənən mobil proqramdır. Bu program xəstələrə, öz sağlamlıqları ilə əlaqədar məlumatları, bilavasitə tibb müəssisə və apteklərə göndərməyə imkan verən, mobil tətbiqdir.

Azərbaycandan olan layihənin finala keçməsi, aprel ayının 1-dən may ayının 1 –nə kimi keciriləcək ictimai səs vermə həll edəcəkdir. İctimai səs vermədə, hər bir şəxs gündə bir dəfə olmaqla səs verə biləcək. Yarımfinala çıxmış 102 lahiyə arasında 30 ən cox səs yiğan layihə secilərək, finalcılar  Elm və Texnologiyada Innovasiya  üzrə Qlobal Sammitdə ( 2016, GIST-I Summit)  öz işlərini təqdim edəcəklər.

Onu da qeyd etmək lazımdır ki, hər il sammitin acılışını ABŞ prezidenti Barak Obama şəxsən özü elan edir. Bu il finalcılar ABŞ prezidenti ilə görüşmək,  layihələrinin inkişafı ücün investisiya cəlb etmək, qlobal elm, texnologiya sahəsində faydalı əlaqələr qurmaq, investorlarla qarşılaşmaq imkanı əldə edəcəklər.

Yarımfinala Azərbaycan ilə birlikdə, qonşu Gürcüstan və Ermənistandan olan layihələr də yer almışdır.

Səs verənlər, aşağıdakı linklə kecid alaraq, siyahıda Azərbaycandan olan layihəni secərək gündə bir dəfə səs verə bilər.  www.gistnetwork.org/tech-i/vote

Bunun ücün həmin səhifədə yer alan Azərbaycan layihəsinin altında “LOG İN to VOTE” düyməsini sıxaraq, saytda qeydiyyatdan kecmək lazımdır. Yeni hesab yaratmaq ücün tələb olunan ad,  soyad, email adress və username ( istifadəci adı) xanalarının dolduraraq, sayt ucün parol fikirləşib, qeydiyyatdan kecirsiniz.Bundan sonra Azərbaycandan olan layihəyə səs verərək VOTE düyməsini sıxırsınız.

Eyni zamanda səs verənlər, öz ölkəsini 2017-ci ildə keciriləcək  GİST regional təlim düşərgəsinə nominasiya edə bilər.

Qeyd edək ki, HealthBox layihəsinin rəhbəri Leyla Tağızadə Sumqayıtda fəaliyyət göstərən Hippokrat Tibb Mərkəzinin baş icraçı direktorudur.

L. Tağızadə 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. Tibb üzrə fəlsəfə doktorudır( PhD). ABŞ Dövlət Departamentinin SABİT programının məzunudur.

Gəlin Azərbaycanı dəstəkləyək!

GIST-Tech-I-Voting-Poster-1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir