Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2014-11-06 11:59:46Z | http://piczard.com | http://codecarvings.com &

Bəstəboylu kişilərin üstünlükləri var? – ARAŞDIRMA

Baxış sayı: 1. 230

Amerikalı alimlər qadınlara tövsiyə edirlər ki, ərə getmək üçün balaca boylu kişiləri seçsinlər. Bunu deməyə əllərində əsasları da var. Bəstəboy kişilərin ucaboylularla müqayisədə bəzi üstün cəhətləri var. Bu kişilər ailə ittifaqına daha da sadiqdirlər. Ucaboylar isə digərlərindən daha tez ailə qururlar. Alimlərin sözlərinə görə, bəstəboy kişilər bu çatışmazlığı kompensasiya etmək üçün daha çox qazanırlar.

Ucaboy kişilər öz üstünlüklərindən istifadə edərək daha çox təminatlı qadınların diqqətini cəlb etməyə çalışırlar. Bəstəboy kişilərin isə təhsilləri adətən ucaboylardan yaxşı olur. Bu da boy fərqinin kompensasiyasıdır. Digər araşdırma göstərib ki, bəstəboy (boyları təxminən 157 sm və daha az olan) kişilər digərlərindən daha çox yaşayırlar. Havay Universitetinin aliməri deyirlər ki, bəstəboy kişilərdə FOXO3 geni mövcuddur. Bu genin sayəsində bədən ölçüləri kiçilir, ancaq ömür uzanır. Bəstəboy kişilərdə xərçəng xəstəliyinə yoluxmaq ehtimalı az olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir