yemeye ne var

Badımcan kürüsünü belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 573

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə badımcan kürüsünün hazırlanma qaydasını tədim edəcəyik.

 

Lazım olanlar:

3 kq-badımcan,

1 kq-sogan,

1,5 kq-pomidor,

1 kq- bolqar bibəri

1-2 ədəd acı bibər

qarğıdalı yağı -0.5 l

duz: 2 x/q (təxmini)

Qış Tədarükü Badımcan Kürüsü Resepti . Ən Asan İkra Resepti - YouTube

Hazırlanamsı:

Bütün ərzaqlar temizlenmiş halda çəkilir və yuyulur. Sogan soyulur maşından kecirilir və yağda adi qaydada qızardılır. Badımcanın qabığı soyulur və uzunsov formada doğranılır, duzlanılır, acı suyu çıxardılır Badımcan yağda qızardılır və maşından keçirilir və soganın üzərinə əlavə edilir. Qalan bütün ərzaqlar da maşından keçirilir , hazırladığımız kütlənin üzərinə əlavə edilir . Vam odda bişirilir. tez-tez qarışdirilir ki, dib tutub yanmasın. Şüşə bankalar təmiz yuyulur,hazır kütlə bankalara tökülür və qapaqlar sadəcə üzərinə qoyulur, bağlanılmır. Ardınca 45-dəqiqə bankalar qaynar suda qaynadılır və qapaqları bağlanılıb götürülür.

Qeyd: Kütlənin rəngi deyişdikdə, suyu qalmadıqda və yağını buraxdıqda bişmiş hesab olunur.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir