AO

Bakı 2015-lə bağlı maraqlı FAKTLAR

Baxış sayı: 2. 047

“Bakı 2015” Avropa Oyunları ilə bağlı maraqlı faktlar məlum olub. “Gencaile.az” həmin faktları təqdim edir:

Açılış mərasimində 2 000-dən çox işıqlandırıcı avadanlıq 12 000-dən çox telefon qulaqcığından və 180 000-dən çox təkrar istifadəyə yararlı batareyadan istifadə ediblər. Stadionun üstündən ümumi uzunluğu 250 m, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimdə ümumi uzunluğu 110 km olan elektrik xəttindən və 12 meqavat gücündə generatordan istifadə edilir.Səs sistemi üçün 800 mikrofondan və ümumi uzunluğu 25 kmolan kabeldən istifadə edilir. Mərasimin keçirilməsi üçün 20 ölkədən yüklə dolu 500-dən çox yük avtomobili gəlib, hava nəqliyyatı ilə 100 ton yük daşınıb. Tikintisinə 2011-ci ilin iyunundan başlanmış yeni Olimpiya Stadionunun inşasına ümumilikdə 20,5 milyon insan saatı sərf olunub.

Açılış mərasimində stadionu quraşdırılması üç aya başa gəlib, lakin stadionu iyunun 21-22-də keçiriləcək atletika yarışlarına hazır etmək üçün bu mexanizmi üç gün ərzində sökmək mümkündür. Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər cəlb olunub.Musiqinin 75%-dən çoxu Azərbaycan bəstəkarlarının əsərləri və ya yerli klassik, xalq mahnıları üstündə qurulub. 20-ci əsrin üç görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovunmahnıları səsləndirilib.

Rəqqasələrin paltarlarının ətəkləri 16 000 m2 parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu boyda parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib. Dövlət Xalq Çalğı Alətləri Orkestrinin 10 üzvü klassik Azərbaycan xalılarının üstündə oturub. İfaçıların hər birinin əynində Azərbaycan xalçalarının naxışları ilə bəzənmiş, eyni zamanda dövlət bayrağını əks etdirən, eni 2 metr, ətəyi altı qatdan ibarət geyim var.

Səhnə halqasının çevrəsinin uzunluğu 240 metrdir. Dekorasiyalar 200 lyuk vasitəsilə səhnəyə qaldırılır. Dağ 16 metr hündürlüyə qədər ucalır. Dağı yaratmaq üçün 52 liftdən istifadə edilir. 800 Petroqliflər 800 metrlik gizli LED lampaları ilə yaradılır.

12500 “Alovqoruyan” 30 müxtəlif iş üzrə 124 vəzifə icra edirlər. Gilan Tekstil Parkı Alovqoruyanlar üçün 110 000 ədəd geyim elementi istehsal edib. Könüllülərin əksəriyyəti azərbaycanlıdır, lakin 17 müxtəlif ölkədən də nümayəndə də könüllü qismində iştirak edir. Onlar 600-dən çox təlim məşqindən keçiblər.

Oyunlar 17 gün ərzində 6000-dən çox idmançı 253 dəst medal uğrunda mübarizə aparacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir