gelin-toya-hazirliq

Bakıda qeyri-adi toy: Qız, özü ilə evləndi

Baxış sayı: 2. 204

Bakıda qeyri-adi toy mərasimi olub. Uzun müddətdir ailə qura bilmyən xanım subaylığın “daşını atıb”. Amma bu toy mərasimi digərlərindən fərqlənib. Fərqli cəhət də odur ki, gəlin toyda bəysiz olub. Yəni qız öz özü ilə nikah bağlayıb. Bu barədə sosial şəbəkədə yazılıb.

“Bu il eşitdiyim ən qəribə hadisə bu gün baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: “kendi-kendine gelin güvey olmaq”. Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.

Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təm-təraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də.

Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!”, – deyə sosial şəbəkədə xeyir dua verilib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir