Bananın 22 faydası

Baxış sayı: 25. 521
Bananın insan orqanizimində faydalı təsirləri çoxdur. Bu meyvə insanın əhval-ruhiyyəsini yüksək tutur. Uşaqlar tərəfindən də çox sevilən meyvə olan bananın 22 faydasını sizə təqdim edirik:
1. Banan insan orqanizimdə depressiyaya qarşı mübarizə aparan ən faydalı meyvədir.
2. Banan yeganə meyvədir ki, hətta yeniyetmələrdə də allergiya reaksiyası vermir.
3. Banan insan orqanizimində kalsium vitamini yaradır. Bu meyvə sidiklə xaric olunmur, orqanizimdə qalır və sümüklərin möhkəmlənməsinə kömək edir. Xüsusilə də bu qəhvə sevənlər üçün faydalıdır. Ona görə ki, qəhvənin yuyub apardığı vitaminlərin qarşısını banan alır.
4. Banan mədədə tez həll olunduğu üçün yediyimiz qidaların tez həzim olunmasına kömək edir.
5. Qəbizikdən əziyyət çəkən insanlar üçün banandan istifadə etmək çox xeyirlidir.
6. Mədədə qıcqırma baş verərsə, bananın müalicəvi əhəmiyyəti köməyinizə çatacaq.
7. Banan mədə xorası xəstəliyi olan insanlara daha çox xeyirlidir. Yemək yediyiniz zaman mədə divarlarını qidada olan turşuluqlar, ziyanlı maddələrdən  qoruyur. Bu zaman mədədə gedən prosesləri asanlaşdırır.
8. İshal zamanı banandan istifadə  etmək çox faydalıdır. Kim bu xəstəlikdən əziyyət çəkirsə, banandan istifadə etmək məsləhət görülür.
9. Bananda kalyum maddəsi çox olduğu üçün idmanla məşğul olan insanlar üçün əhəmiyyətlidir.
10. Şişkinlikdən əziyyət çəkən insanlar da banandan istifadə edərsə, şişkinliyi azalar.
11. Məşqdən əvvəl banandan istifadə edərkən, insan gec yorulur, qanda şəkər qalxması tezləşmir və məşqin axırına kimi yorğunluq hiss olunmur.
12. Banan toksin və başqa zərərli maddələri mədədən xaric edərək, qidanın yaxşı həzm olunmasına kömək edir.
13. Bananın tərkibində qadınlar üçün serotonin və başqa faydalı maddələr olduğu üçün qadınlara banandan istifadə etməkməsləhət görülür.
14. Qan azlığı zamanı bananın tərkibində dəmir elementi çox olduğuna görə banandan istifadə etmək əhəmiyyətlidir.
15. Ürək xəstəliyi olan insanlar, bananın tərkibində kalyum çox olduğu üçün ondan istifadə etdikdə ürəyin fəaliyyətini yaxşılaşdırır, insulit və infakt riskini azaldır, hipertaniya xəstəliyini sağaldır.
16. Bananın tərkibində antioksidanlar və amin turşusu olduğu üçün insan orqanizmini tənzimləyir və immuniteti qaldırır.
17. Banan insan böyrəklərinin iş prinsipini tənzimləyir, böyrəkdə olan daş və qumları xaric edir.
18. Qadınlarda hamiləlik zamanı banandan istifadə etmək xeyirli və çox faydalıdır.
19. Həşarat sancması zamanı qaşınarkən bananın qabığını soyub həmin qaşıntının üzərinə qoyub bir neçə dəqiqə saxlamaq lazımdır. Bu zaman şişlik və qaşıntını aradan qaldırır.
20. Banan insan temperaturunu aşağı salmaq xüsusiyyətinə malikdir. Baş verən hərarəti və qızdırmanı aşağı salır.
21. Siqareti tərgitmə zamanı banan yemək məsləhət görülür. Tərkibində çoxlu vitaminlər, kalyum, maqnezyum olduğu üçün orqanizimdən nikatini xaric etmək xüsusiyyətinə malikdir.
22. Banan zehni qabiliyyəti yüksəldir. Onun tərkibində kalyum cox olduğu üçün hətta imtahana hazırlıq zamanı banandan istifadə etmək çox faydalıdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir