Rəqəmlər həyatımızın önəmli bir hissəsidir. Doğum tariximiz, adımızda olan hərflərin sayı, avtomobilimizin nömrəsi, telefon nömrəmiz və s… Bəzi rəqəmlər doğularkən bizimlə doğulsa da, bəzilərini biz özümüz seçirik. “Bu rəqəm mənə düşür”, “Bu rəqəm çox uğursuzdur”, “Bu rəqəm mənə ruzi verir” və s. deyənləri yəqin ki, çox görmüüsünüz. Məsələn, mənim sevdiyim rəqəm 7-dir. Çalışıram ki, həyatımın bütün sahələrində 7-yə üstünlük verim… Amma 7 məni sevirmi? Maraqlı olan budur əslində.. Rəqəmlərin bizə uyğun olub-olmadığını isə, numeroloqlara müraciət edərək öyrənə bilərik. Mənim üçün Qafqazın yeganə numeroloqu olan Xəyal Məmmədov hesablama apardığı zaman mənim üçün 766 rəqəminin uğurlu olduğunu demişdi…
Bəzən övladlarımız yaxınlardan kiminsə öldüyü gün və yaxud kiminsə doğum günündə dünyaya gəlir. Bu doğum tarixi sonradan uşağın taleyinə təsir edirmi?
Xəyal Məmmədov qeyd edir ki, hər bir insanın doğulduğu bir tarix var və bu tarix hansı günə düşürsə düşsün, onun hansısa insanın taleyinə heç bir təsiri yoxdur.

Numeroloq qeyd edir ki, hətta eyni gündə doğulan uşaqların belə doğum tarixi fərqli olur.
“Doğulan uşaq eyni gündə, ayda doğula bilər, onun doğum saatları və dəqiqələri fərqli olur. İki uşaq eyni dəqiqədə dünyaya gələ bilməz. Doğum sənədlərində o dəqiqələr qeyd edilir və eyni tarix sayıla bilməz”-deyə numeroloq əlavə edir.
Xəyal Məmmədovun fikrincə, uşaqlara verilən adların böyük təsiri var.
“Çünki adlarda olan hərflərin sayı həyatımızda çox böyük rolu olur. Ola bilər ki, hər 2 uşağa eyni 5 hərfli ad qoyublar. Doğum zamanı saat və dəqiqə ilə onların tam fərqini müəyyən etmək olur. Amma birinə 4 hərfli, digərinə 6 hərfli ad versələr, bu zaman fərq ortaya çıxacaq. Bütün bunlar insan həyatında böyül rol oynayır”-deyə Xəyal Məmmdəov əlavə edir.
İradə Cəlil