qadin

Baxımlı olmaq üçün qızıl qaydalar – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 820

Qadınlar hər zaman gözəl və cazibəli görünməyə çalışırlar. Onlar üçün gözəllikləri ilə bağlı kompliment eşitmək çox əhəmiyyətlidir. Baxım-bir qadın üçün öndə duran mövzulardandır.

Baxımlı qadın hər şeydən öncə özünə inanmalıdır. Qətiyyətli və komplekssiz biri olarsanız sevdiyiniz və ətrafdakılar sizə daha çox diqqət yetirər.

– Kişilər üçün ilk olaraq qadının kilolu olub-olmaması məsələsi əhəmiyyətlidir. Necə deyərlər, bir kişi bir qadının bədən formasına vurulur.

 

Əgər kilolu bir xanımsınızsa…

kilolu xanım

Düşünməyin ki, sizdə alınmayacaq “mən istəyirəm, demək, mən bacaracağam.” Sizdə alınacaq. Ayrıca müxtəkif bəhanələr irəli sürməklə özünüzə haqq qazandırmağa çalışmayın. Bəzi xanımlar övladlarını dünyaya gətirdiklərini ilə bağlayırlar kilo almaqlarını, bəziləri buna səbəb kimi ailə qurduqlarını göstərirlər, bir çoxları isə ümumiyyətlə, arıqlamaqlarını mümkünsüz hesab edirlər. Burada “yox” qəbul olunmur. Özünüzə inanın və durmadan məşqlərə başlayın. Unutmayın ki, burada əsas olan idmandır. Daim hərəkətdə olun, hündür mərtəbəli binalarda lift olmadan çıxıb-düşmək sizə yardım edəcək. Ayrıca, açıq havada qaçış, xüsusilə səhərlər çox faydalıdır. Süfrədən doymamış qalxın, iradənizə qalib gəlin! Ən əsas şərt: gün ərzində çoxlu maye qəbul etməyə çalışın, təmiz sudan daha çox istifadə edin. Unutmayın ki, 10 günə, 20 günə sizdə heyrətamiz dəyişiklik olmayacaq, təbiətdə heç nə qəfil baş vermir, asta-asta ayların əziyyəti hər şeyi öz yoluna qoyacaq, mütləq istədiyinizi alacaqsınız. Gün ərzində tez-tez amma az-az qida qəbul edin, normal olaraq hər 3 saatdan bir. Yatmazdan 4 saat əvvəlcədən qida qəbulunu dayandırın, yuxuda olarkən piylənmə daha tez baş verir. Yağlı və kalorili qidalara deyil, yüngül məhsullara üstünlük verin. Hər zamankı kimi musiqi aclıq hissini də öldürür.

 

Hündürboylu xanımlar kişilərin diqqətini daha çox cəlb edir, bu sirr deyil

hündürboy xanım

Ucaboylu olsanız da, olmasanız da hündürdaban ayaqqabılara üstünlük verməyiniz məsləhətlidir. Onsuz da alimlər hündür və yastı dabanlı ayaqqabıların səhhətə eyni dərəcədə ziyanlı olduğunu sübut ediblər. Hündürdaban ayaqqabılar sizi qamətli göstərəcək və özünüzə əminlik hissi oyadacaq. Çalışın ki, yanaşı durarkən həyat yoldaşınızla (və ya sevdiyinizlə) eyni hündürlükdə görünəsiniz, çünki əksəriyyət kişilər qadınların onlardan uca görünməsini xoşlamırlar, elə qadınlar da bu haldan məmnun deyillər. Hündür dabanlı ayaqqabılarla yeni yerməyə başlayırsınızsa iyirmi gün müddətində qısa məsafələrə məşq edə bilərsiniz.

gözəl gözlü xanım

– Nəinki kişilər, hətta qadınların özünü də ən çox kompleksə salan məsələ arzuolunmaz tüklərin varlığıdır. Əgər gözəl görünməyi qarşınıza məqsəd qoymusunuzsa ilk olaraq buradan başlamalısınız. Xoşagəlməz tüklərdən azad olmaq üçün qadınlar müxtəlif üsullardan istifadə edirlər, burada seçim sizindir. Arzuolunmaz tüklər qadının zərifliyini məhv edən başlıca səbəbdir.
Qaşlarınız barəsində isə yalnız onu deyə bilərik ki,hazırda gənc xanımlarımız əksəriyyəti bir qədər qalın qaş formasına üstünlük verirlər. Bir qədər yaşlı xanımlarımız isə “sap” formasında daha nazik qaşlardan xoşlanırlar.

– Əksəriyyət kişilər bu mövzuya diqqət etməsələr də qadının baxımlılığı onun dırnaqları ilə müəyyən edilir. Bir çox qadınlar uzun dırnaqlara sahib olmağa üstünlük verirlər. Bu halda açıq rəngli dırnaq boyalarından istifadə etməlisiniz. Əks halda tünd rəngli dırnaq boyası sizə yaraşacaq. Dırnaqlarda adətən bir rəngdən istifadə daha gözəl görünür, nəinki müxtəlif bəzəklər…

 

Saçlar qadının görünüşündə mühüm yer tutur

uzun saçlı xanım

Hazırda daha çox uzun saçlar dəbdədir. Saçlarınızı hər zaman düz formada saxlasanız daha yaxşı olar. Buruq saç stillərindən isə məxsusi günlərdə istifadə edərsiniz. Əgər saçlarınızda ağarma baş vermirsə rəngi dəyişdirmək sərfəli deyil. Mütəxəssislər ümumiyyətlə, otuz yaşına qədər saç rəngini dəyişdirməməyi məsləhət görürlər.

– Zinət əşyalarından sadələrə üstünlük verərsəniz daha yaxşı olar. Lakin qızılı və sarı rənglərdən istifadə edin. Boyunbağılar hər geyimə uyğun gəlmir, bu mövzuda diqqətli olun. Saçlarınızı yuxarıdan yığırsınızsa halqa sırğalara üstünlük verə bilərsiniz.

– Makiyaj hər bir qadın üçün son dərəcəli və xeyli əhəmiyyətli mövzudur. İlk olaraq onu deyim ki, zərli, qatı makiyajdan gündəlik istifadə etməyin. Həmçinin də ağardıcı krem və pudralar. Dodaq boyası düzgün makiyajın başlıca göstəricisidir. Tünd qırmızı rəngdən istifadə məsləhət deyil. Göz qələmini içəriyə doğru çəkərsəniz, gözləriniz kiçik görünəcək.

 

Və… Ən əsas mövzu: geyim seçimi

maraqlı geyimli xanım

İlk olaraq onu qeyd edim ki, kiminsə əynində görüb bəyəndiyiniz deyil, özünüzə yaraşacaq geyimləri seçin. Öz bədəninizi tanıyın və ona uyğun libaslar seçin. Qarderobunuzda tünd, gözəçarpan rəngdə geyimləri yerləşdirin. Açıq-saçıq geyimlərdən istifadə etməklə gözəl görünəcəyinizi düşünməyin, zövq ən qapalı geyimdə də özünü göstərəcək, ayrıca bir sıra geyimlər xanımlarımızın bəzi qüsurlarını da ortaya qoya bilər. Unutmayın, necə bir geyim seçəcəyinizə ən doğru cavab hara gedəcəyiniz ola bilər. Dəbdə olmayan geyimlərdən istifadə etməkdən çəkinməyin, dəbi siz də yarada bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir