ish

Bazar ertəsi özünü pis hiss etməmək üçün 5 çıxış yolu

Baxış sayı: 1. 532

Cümə günlərini bazar ertəsi günlərinə bərabər etmək olar. Bunun üçün ilk öncə bazar ertəsinə qorxunc gözlə baxmayın. Düşünürsən ki, bu mümkünsüzdü? Bizim məsləhətləri oxuduqdan sonra fikrin dəyişəcək. Bizim 5 məsləhətimizi oxusan bazar ertəsi günü sənə qorxunc görsənməyəcək.

Şənlənin

Adətən bazar ertəsi günü yorğun iş həftəsinin başlanğıcı sayılır. Lakin siz bu cür düşünməyin. İş günün sonuna dostlarınızla görüş təyin edin. Onlarla birgə pivə içməyə və ya kinoya gedin.

Sevgilinlə görüşə gedin

Nəzərə alsaq ki, bazar ertəsi heç bir restoranda sıxlıq olmayacaq, siz sevgilinizlə rahat şam yeməyi yeyə bilərsiniz.

Sekslə məşğul olun

Aparılan araşdırmalar göstərib ki, seks stressi azaldır. Ona görə də bazar ertəsi gərginliyini çıxartmaq istəyirsinizsə, elə həmin gündə də sekslə məşğul olun.

İdmanla məşğul olun

Aparılan araşdırmalar göstərib ki, 15 dəqiqə idmanla məşğul olmaq yorğunluğu aradan qaldırır. Buna görə də bazar günləri işdən sonra mütləq idmanla məşğul olun ki, yorğunluğunuz bədəninizdən çıxsın.

Özünüzü xoşbəxt göstərin

Əgər sadaladığımızın heç biri alınmırsa özünüzü xoşbəxt göstərməyə çalışın. Alimlər bu üsulu özünü tərbiyə etmə üsulu kimi də adlandırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir