Bədən tipinə uyğun idman növləri

Baxış sayı: 1. 470

Qısa zamanda sağlam və incə bir bədənə sahib olmaq məqsədi ilə etdiyimiz idmanın bədən tipinə təsir edəcəyini bilirsinizmi? Hər idman fərqli bədən tiplərində fərqli nəticə verər. Odur ki, “Gencaile.az” Aile.lent.az-a istinadən  hansı bədən tipində hansı idmanın edilməli olduğu ilə bağlı tövsiyələr təqdim edir.

İdman edərkən bəzilərimiz ombanı incəltməyi, bəzilərimiz ayaqları şəkilləndirməyi, bəzilərimiz isə qolları qüvvətləndirib qarın əzələlərini sıxlaşdırmanı hədəfləyirik.

Halbuki hər bədən tipinin tələb etdiyi idman növü başqadır. Buna görə bəzi idman növü ilə aylarla çalışsanız belə, heç bir nəticə əldə etmirsiz.

İstənilən nəticəyə çatmaq üçün isə bədən tipinə uyğun idman etmək lazımdır.

Alma tipli bədən və pilates:

Bədənin yuxarı hissəsi aşağı hissəyə nisbətdə qalın və geniş olduğu, ayaqların olduqca incə, bel qıvrımının isə çox olmadığı alma tipli bədəni olanların rahatlıqla seçə biləcəyi idman pilatesdir. Bu bədən tipində bel qıvrımını artırmaq, beldə yağ yaranmasını əngəlləmək üçün pilateslə yanaşı, incə ayaqları bir az olsa gücləndirmək üçün velosiped, “cross training” (ecliptic) üzmə ilə də məşğul olmaq olar. Bu idman növləri də alma bədən tipinə sahib insanlarda daha çox və tez zamanda arıqlamağa, bədəni şəklə salmağa kömək edir. Ancaq həssas əzələlərə güc vermədən etmək lazımdır.

Armud tip bədən və qaçmaq:

Alt bədəndən fərqli olaraq daha incə bir üst bədənin olduğu armud tipli bədəndə dar çiyinlər, qövslü bel, geniş omba, bud əsas hissələrdir. Alma tip bədəndən fərqli olaraq armud tip bədənə sahib olan insanlar velosiped minməkdən qaçmalıdır. Çünki velosiped yuxarı ayaqları işlətdiyi üçün ayaqların daha əzələli olması və qalınlaşmasına səbəb olur. Bu insanlar tez arıqlamaq üçün qaçış, ya da templi yerişlə də məşğul ola bilər.

Hətta daha sürətli yağ yanmasını dəstəkləyən 1-2 dəqiqəlik sprint qaçış sonrası aşağı templi qaçış da bu bədən tipinin daha asan formaya düşməsinə kömək edir. Kardio ilə birlikdə asan pilates hərəkətləri, yan yatış vəziyyətində omba və baldırları çalışdıran hərəkətlər bu bədən tipindəki insanlar üçün yararlı olacaq.

Qum saatı və nəzarətli idman:

Eyni alt və üst bədənin yanında geniş çiyinlərin və qıvrımlı bir belin bəlli olduğu qum saatı bədən tipi ən şanslı bədən tipidir. Bu insanlar əsasən atletik bir görünüşə sahib olurlar. Ancaq mütəmadi nəzarətdə saxlayacaq şəkildə idman etməsələr, bu bədən quruluşunu çox tez itirə bilərlər. Alt və üst bədən eyni olduğu üçün hər növ ürək idmanı, qaçış, üzmə, velosiped, rəqs kimi idmanlar onlar üçün uyğundur. Bu bədən tipinə sahib olan insanlarda kürək bölgəsində yağlanma asan olur və iri sinələrdən dolayı kürək ağrıları yaşandığı üçün kürək əzələlərinin əsnəmə bantları ya da ağırlıq qaldırma ilə qüvvətləndirilməsi vacibdir.

Dik dördkünc tip və sərbəst idman: Balanslı üst və alt bədənlə yanaşı uzun qol və uzun ayaqlara, görüntüsüz bel qövsünə sahib olan belə bədən tipindəki kinsanlar zəif olurlar. İstədikləri kardio idmanlar üçün uyğundur. Çiyin və omba idmanına yönəlib o hissələrini qüvvətləndirməyə çalışmalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir