beyin

Beynimiz nələri xoşlamır?

Baxış sayı: 466

Rumıniyalı professoru, neyrocərrah Vlad Siurea beynimizin nə tələb etməsi və nəyi sevməməsi barədə maraqlı araşdırma aparıb. 23 000 beyin əməliyyatı icra edən tanınmış həkim bildirib ki, beyin bizim öz səhvlərimizdən xəstələnir. Ümumiyyətlə, insan öz beyni ilə necə “davranacağını” bilmir.

Professor beynimiz üçün nələrin zərərli, nələrin faydalı olduğunu qeyd edib.

Səhər yeməyini unutduqda və ya bilərəkdən imtina etdikdə beyin əziyyət çəkir.

Ayaq üstə, maşında və telefona baxa-baxa yemək beyni gərginləşdirir.

Beyninizə təmiz, sağlam, yağsız qida lazımdır. Şəkərdən tam imtina etmək olmaz, heç olmasa bal yemək mütləq vacibdir.

Qara şokolad, su beyinə çox lazımdır.

Əgər siz gündə ən azı 10 saat planşet, telefon, kompüter qarşısında olursunuzsa, elə hesab etməyin ki, bu beyinin xoşuna gəlir və ona yaxşı informasiya “yedizdirdiyinizə” görə sizə minnətdar olacaq.

Beyin virtual yox, əyani, real ünsiyyət üçün yaranıb. Bütün günü sosial şəbəkələrdə danışmadan yazışmaq beyini izolyasiya edir.

Beyin səhər tezdən oyanmağı sevir. Onun oyanma vaxtı 7-8 arasıdır. Əgər onu yatmağa məcbur etsəniz, o əziyyət çəkəcək.

Yuxu zamanı beyin yatmır və işləyərək digər orqanlara nəzarət edir. Siz bu zaman onun digər köməyindən də istifadə edə bilərsiniz. Əgər çətin bir sual, məsələ, iş varsa, sabahı gün artıq cavabı tapmış olcaqsınız. Beyin fikirlə reallıq arasında əlaqə yaradıb, mümkün həll yolunu ideya olaraq sizə ötürəcək.

Beyin bu 3 şeyi xoşlamır: yağ, tütün və alkoqol.

Siqaret ürək-damar sistemi kimi beyinə də mənfi təsir edir. Eləcə də duz ona ziyandır.

Ət beyinə lazım olmasa da, bütün bədənə lazımdır. Ona görə yağsız ət qəbul edin. Kakao, bal, şərbət, tünd şokolad beynimiz üçün çox faydalıdır.

Beynin aktiv saatları səhər 10:00- 12:00 və 16:00-18:00 arası olur.

Əgər zehni iş çox yorsa, çox tünd olmayan qəhvəni aram-aram içə bilərsiniz.

Beyin gülüşü, zarafatı sevir. Tez-tez gülün, güldürün.

Beyni məşq etdirin. Çox gəzmək, ətrafda, təbiətdə detallara baxmaq, yeni bir şeylə məşğul olmaq, filmə baxmaq və ya kitab oxumaq beynimizi məşq etdirməyimizə çox faydalı olacaq. Eləcə də krosvord həll edin.

Beyni aktivləşdirən hərəkətlər yazmaq, gəzmək və nitqdir. Həmçinin 50 yaşdan sonra rəqslə məşğul olmağın alsheimer xəstəliyinin qarşısını aldığı da sübut olunub.

6 saatlıq sağlam gecə yuxusu isə beynimizi artıq informasiyalardan və yorğunluqdan təmizləyir.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir