SAHIB ALTAY

Boşanmaların sayı niyə sürətlə artır? – SOSIOLOQ YAZIR

Baxış sayı: 586

Ailə bir dəryadır. İki insanın birlikdə yaşaması, birlikdə yaşamın mənası, birlikdə yaşaya bilməyib, ayrılması haqqında günlərlə danışmaq olar. Ancaq səbəbləri ümumiləşdirib, bunları qeyd etmək vacibdir.

İnsanlar artıq bir-birinə əvvəlki qədər dözümlü, fədakar deyillər.

Güzəştə getmirlər.

Bağışlamırlar.

İnsanları bir-birinə bağlayan sosial, mənəvi, iqtisadi ehtiyaclar ortadan qalxdıqca, eqoistləşir və bir-birindən imtina edirlər.

Texnoloji yeniliklər insan həyatının fiziki güc strukturuna rahatlıq gətirdikcə, insanlar mənəvi məsələlərdə də eyni tərzdə rahatlaşmaq istəyirlər, buna görə də əxlaq, ailə kimi kütləvi qəbul edilən bəyük məsuliyyət yükündən xilas olmağı üstün tuturlar

Ərlər öz qadınlarına açıq-aşkar xəyanət edirlər.

Qadınlar öz ərlərinə açıq-aşkar xəyanət edirlər.

Münasibət qurmaq da, ayrılmaq da əlçatandır. Buna görə insanlar rahat şəkildə ayrılır və növbəti münasibətə həvəslənirlər.

Milli dəyərlərimiz arasında belə bir qayda mövcud idi – Qadının necə olmasından asılı olmayaraq, evlidirsə, ona nə subay, nə də evli kişi baxmazdı. Bu gün belə deyil. Kişilik dəbdən düşüb. Pulun varsa, kef elə. Göz-qaş edəni yoldan çıxar, sal yatağına.

aile

Dövrümüzə qədər gəlib, çatmış ailə modeli öz ciddiyyətini, ecazkarlığını, anlamını, sirrini, müqəddəsliyini itirmək üzrədir. İnsanların bir-birini itirməsi onlar üçün o qədər də təsirli deyil. Buna görə də bir-birinə sadiq olmaq, anlamaq, güzəştə getmək, bağışlamaq dərdində deyillər, əksinə, bir-birini itirmək üçün “əşşi cəhənnəmə olsun” deyib, asan şəkildə eqoistlik edir, yanlış davranışlara yol verir, ayrılıq üçün zəmin yaradırlar.

Kütləvi işsizlik; ailənin əsas maddi ehtiyaclarını ödəyən şəxsin uzunmüddətli işsiz qalması, əmək fəaliyyətinin verdiyi maddi və mənəvi stimulun olmaması, ehtiyacların ödənilməməsi.

Yaşam səviyyəsindən asılı olmayaraq, ayrılıqda qorxu yoxdur. Növbəti münasibət isə yeni ayrılanı qapıda gözləyir.

Sual oluna bilər ki, insanlar arasında birdən-birə bu uçurum necə oldu, yarandı?

aile

İnsanları birləşdirən maddi, sosial, mənəvi nəsnələr var. İnsanlar öz arzularının, ehtiyaclarının köləsidir. O ehtiyaclar ortadan qalxdıqda “səninki səndə, mənimki məndə”.

Sosial münasibətlərlə, iqtisadi quruluş düz mütənasibdir. Sosializmin yetişdirdiyi insan modeliylə, kapitalizmin yetişdirdiyi insan modeli eyni deyil.

Növbəti sual oluna bilər ki, niyə ailə modelinin dağılmasına dünya birliyi hələ də susur?

Belə sərf edir. Bu günün düşüncə və yaşam tərzinə görə ailə qurmaq, o ailəni qorumaq, övlad yetişdirmək çox çətindir. İki insan bir araya gəlib, iki övlad dünyaya gətirir. Həm böyütmək çətindir, həm də texnologiya əsrində çox işçi sayına ehtiyac yoxdur. İki uşaq dünyaya gətirib, nəsilartırma fəaliyyətini dayandıran anayla, atanın öz zövqlərinə sərf etdikləri seksual potensial kapitalistə heç nə qazandırmır. Bundansa ailəni dağıdıb, “odnoraznı” münasibətlərin fonunda “shopping” qabiliyyətini yüksəldib, bir insanın bütün seksual potensialından yararlanmaq daha gəlirlidir. Buna elmdə “seksual istehlakçılıq” deyilir.

 

Sosioloq Sahib Altay




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir