yemek

Bruschettanı evdə necə hazırlayaq? – Italyansayağı qəlyanaltı sevənlər üçün!

Baxış sayı: 1. 509

Ənənəvi İtaliya qəlyanaltıları antipasta adlanır. Əsasən ana yeməkdən öncə taxta qablarda servis edilir. Bu gün sizə “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında evdə də asanlıqla hazırlaya biləcəyiniz Bruschetta resepti təqdim edirik.

 

Tərkibi

  • 2-3 ədəd pomidor
  • 1 ədəd soğan
  • təzə reyhan
  • zövqə görə qızardılmış badımcan
  • mozzarella pendiri
  • 1 diş sarımsaq (keçirilmiş)
  • 5-6 yemək qaşığı duru yağ və ya zeytun yağı
  • duz
  • zövqə görə hisə verilmiş qızıl balıq (balıq üçün təzə çüyüd)
  • italyan üsulu çörək

 

 

Hazırlanması

Çörəyi orta qalınlıqda kəsirik. Sobada və ya tavada iki tərəfini də çox qızartmadan və qaraltmadan qızardırıq. Zeytun yağı və sarımsağı bir qabda qarışdırırıq. Bu qarışığı isti çörəklərin üstünə fırça ilə çəkirik. Pomidor, soğan və bir neçə reyhan yarpağını xırda xırda doğrayıb duz əlavə edib qarışdırırıq.  Çörəyi bu qaşırıqla, qızıl balıqla və pomidor-mozzarella pendiri ilə servis edə bilərsiniz.

Nuş olsun! 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir