Zumrud

Bu cümlələr cütlükləri bir-birindən ayıra bilər – “SEANS VAXTI”

Baxış sayı: 393

Uzun müddətli münasibəti olan cütlüklər bəzən ayrıla bilər və zamanla emosional bağlar qopa bilər. Partnyorunuza deməməli olduğunuz cümlələr nələrdir?

 

1) Sən boş və çox deyinirsən

Bunun əvəzinə tərəfdaşınıza “Mən özümü mühakimə olunmuş kimi hiss edirəm”  deyə bilərsiniz.

 

 2) “Məni boğursan”

Partnyorunuza bu şəkildə incitməkdənsə, “özümü hədsiz yorğun hiss edirəm və mənə biraz zaman lazımdır” deməyi seçin.

 

3) “Çox uzaqsan”

Bunu deməyin başqa bir yolu: “Mən fiziki olaraq sənin yanında hiss edirəm, amma özümü yalnız hiss edirəm.

aile

 4) “Sanki dünya sənin ətrafında fırlanır”

Bunun kimi bir cümlə yerinə partnyorunuza deyin ki, “Hərşeyi şəxsiləşdirməsən” daha yaxşı olar.

 

5) “Sən eqoistsən”

Əvəzin, “Mənə dəyər vermədiyini  hiss edəndə məyus oluram” deyə bilərsiniz.

 

6) “Artıq məni diqqətçəkici görmürsən”

Bunun əvəzinə “Əvvəlkinə nisbətən indi daha az fiziki təmasımızın olduğunu düşünürəm.

 

7) “Sən məni sevmirsən”

“Sənin tərəfindən sevilmədiyimi hiss edirəm” demək daha yaxşı olardı.

AILE

8) “Başqa insanlar məni sevir, sən niyə sevmirsən?”

Bunun əvəzinə, “Mənimlə danışmayanda məni sevmədiyini  hiss edirəm” demək daha düzgündür.

 

9) “Mənə özümü pis  hiss etdirirsən.”

Bunu “Belə davrananda özümü pis hiss edirəm” deməyiniz daha yaxşıdır. Çünki “sən” ifadəsi daha dağıdıcıdır, “biz” isə düzgündür.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir