-0ebb145b165037944356322895110897656

Bu qidalar oynaq ağrılarını azaldır

Baxış sayı: 336

“Rospotrebnadzor” oynaq ağrılarına qarşı çia və qarğıdalı kəpəyi yeməyi məsləhət görüb. Bəzi qidalar oynaq ağrılarını aradan qaldırmağa kömək edə bilər. Bir çox hallarda ağrı iltihabdan qaynaqlanır.

Kətan yağı və balıq yağı da oynaqlarda iltihabı azalda bilər. Bu qidaların tərkibində omeqa-3 yağ turşuları var. Bu barədə “Rospotrebnadzor”un Sankt-Peterburq departamentindən məlumat verilib.

Həkimlər gündə ən azı 30 qram liflə zəngin qidalar qəbul etməyi məsləhət görürlər. Qırmızı bibər də bu siyahıdadır, tərkibində kapsaisin adlı maddə var. Bu maddə bibərin dadının kəskinliyinə cavabdehdir və analgetik təsir göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir