deniz

Bu şəxslərə qaralmaq olmaz

Baxış sayı: 680

Kosmetoloq Anna Kuquk günəş vannasının fəsadlarından danışıb. Mütəxəssisin fikrincə, bəzi kosmetik prosedurlardan sonra günəş altında olmaq zərərlidir.

Kosmetoloq “Sputnik” radiosuna müsahibəsində mühüm tövsiyələr verib.

“Demək olar ki, epidermis qatını azaldan pilinqlərdən (soyma) sonra iki həftə ərzində günəş vannası qəbul etmək məsləhət görülmür. Nəticədə istənməyən piqmentasiya yarana bilər. Həm də yayda tərkibində turşular olan kosmetik məhsullardan istifadə etməyin. Onu payız-qış dövrünə saxlayın və ya yalnız axşam istifadə edin.

Digər bir əks göstəriş rozaçea – özünü dəridə qızartı kimi göstərən otoimmun xəstəlikdir. Bu xəstəliyi olan insanlar günəş altında çox dayanmamalıdır”, – A.Kuquk bildirib. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir