Sevgi

Bu səhvlər ailə həyatınızı bitirə bilər – “EvliSƏN”

Baxış sayı: 1. 822

Sevgi münasibətlərinin necə qurulması haqqında hər gün məsləhətlər eşidirik. Amma heç də hər zaman bu tövsiyələr bizim üçün faydalı olmur. Hətta bəzən bunun zərərlərini də hiss edirik. Bəs görəsən, sevgi və ümumiyyətlə, sevgi münasibətləri haqqında hansı düşüncələr sizin eşq həyatınıza zərbə vura bilər? “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında məhz bu sualın cavabını axtaracağıq.

 

Mükəmməl həyat yoldaşı gözləntisi

Nədənsə subay qızlar adətən “ağ atlı oğlan” axtarışında olur. Elə oğlanlar da ən yaxşısını axtarır.  Amma heç kim elə düşünməsin ki, hardasa onu  bütün gözləntilərinə cavab verən partnyor gözləyir. Ancaq bu, heç də düzgün yanaşma deyil. Ən azı ona görə ki, həyatda heç kim mükəmməl deyil. Mükəmməl insan axtarışında olanlar isə öz düşüncəsindəki adamla qarşısındakı insanı qarşılaşdıran zaman xəyal qırıqlığı yaşamağa məhkumdurlar. Belə olduqda isə həmin ilişkinin davam etməsi real görünmür. Hətta qarşısındakı adamdan məmnun olmayan tərəflərdən ən azı biri bu münasibətin davam etməsi üçün yetərincə cəhd göstərməyəcək. Əslində isə ehtiyacınız olan tam mükəmməl bir həyat yoldaşı yox, yaxşı bir həyat yoldaşıdır. Qarşı tərəfdə sizi qane edən bir neçə özəllik varsa, bununla kifayətlənmək sizin üçün ən yaxşı seçim olar.

Aşk... Sayısız şiir, film ve şarkının konusu olan duygu. Neredeyse doğduğumuz andan itibaren aşkın ve ilişkilerin nasıl olması gerektiği ile ilgili mesajların bombardımanı altındayız. Ne yazık ki bu mesajların çoğu yanlış ve ilişkiler konu olduğunda bize yardımcı olmaktan çok zararları var.

Tamamlayıcı olmaq

Cütlüklər bir-biri üçün belə demək mümkünsə, pazl rolunu oynamalı və birləşdikdə bir-birini tamamlamalıdır, amma heç də hər zaman belə olmur.  Ancaq hər hansı münasibət heç də sizi tamamlaya bilən fərdi tapmaqdan ibarət deyil. Bu məsələdə ən önəmli məqam bir-birini tanımaq və qarşı tərəfdən nələrsə öyrənməkdir. Digər önəmli nüans isə tərəflərin bir-birinin fərqli yönlərini qəbul etməsi və  dəstəkləməsidir.

 

Evliliyin ilk aylarında olmasa da, vaxt ötdükcə problemlər də üzə çıxır. Belə demək mümkünsə, hər iki tərəf iç üzünü məhz bir müddət sonra göstərir. Cütlüklərin xarakterindəki fərqliliklərin olması normaldır. Məsələlərdə ortaq məxrəcə gəlməklə çıxış yolu tapmaq olar.

Evliliğinize ya da ilişkinize zarar verecek aşk ile ilgili yanlış inanışlardan bazıları:

İllər keçdikcə sevgi azalırmı?

Aşiq olduğunuz ilk gün hiss etdiklərinizlə illər sonra keçirdiyiniz duyğular arasında fərq varsa, bu, heç də sevginizin azalması anlamına gəlmir. Əksinə, illər keçdikcə tərəflər bir-birini daha yaxşı tanıyır, yaxşı və pis yönlərini bilirlər. Məhz bu amil münasibətlərin bu təməllər üzərində qurulmasına yardımçı olur.

 

UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir