“Ramazanda iki saatlıq gündüz yuxusu orqanizmdə su və elektrolit itkisinin qarşısını alır və metabolizm prosesinə yaxşı təsir edir”
Bunu Ürək-dama Müdiri professor Bingür Sönməz bildirib.
O deyib ki, günorta yuxusunu alanların bu saatda yatmayanlara görə infarkt keçirmə riski yarıya qədər azalıb:
“Bədəndə su və duz itkisi səbəbindən sağlam insanlarda belə qan təzyiqi, ürək aritmiyası, ürəkgetmə və qan şəkərininin düşməsi kimi problemlər ortaya çıxa bilər. Bunun üçün mütləq gündüz yatmağı tövsiyyə edirik”.
Günorta saatlarında iki saatlıq yuxunun son dərəcə rahatladıcı olduğuna diqqət çəkən proffesor əlavə edib:
“Yuxuda bədən ilə birlikdə ruh da dincəlir. Ruhi gərginlk vücudda zərərli hormonların çoxalmasına səbəb olur, bu isə infarkt riskini artırır”