Xatire Mirzeliyea 1

Cəmiyyətin inkişafında daşıyıcı faktorlar

Baxış sayı: 179

Uşaqların gözəl bir şəxsiyyət kimi formalaşması gözəl pedaqoqlardan başlayır. Mən pedaqoq deyəndə yalnız məktəb və institut müəllimlərini deyil, həmçinin “uşaq bağçası” adlandırdığımız məktəbə qədər təlim-tərbiyə-təhsil müəssisələrimizi də nəzərdə tuturam. Uşaqların əsas formalaşması ordan başlayır və uşaq bağçaları məktəblərlə çox ciddi bir şəkildə qarşılıqlı əməkdaşlıqda olmalıdırlar. Çünki cəmiyyətə insan yetişdirirlər və cəmiyyətin bütün düşüncələri, inkişafı, ağlı, savadı onların yetişdirdiyi cəmiyyətdən aslı olacaq. Ona görə də ən əsası məktəbə qədər olan pedaqoqlarımızın inkişafı üçün tez-tez konfranslar, seminarlar keçirilməlidir, dünyəvi digər ölkələrin uşaq bağçası sistemləri ilə tanış olmalı və ayaqlaşmağa çaləşmalıdırlar. Əgər biz cəmiyyətimizin daha da gözəlləşməyini və inkişafinı istəyiriksə, dünyəvi məktəbə qədər müəssisələrimizin, ordakı pedaqoqların inkişafinı, digər inkişaf etmiş ölkələrdəki məktəbə qədər pedaqoqların uğurlu işlərindən səmərəli şəkildə istifadə etməliyik.

USAQ BAGCASI

Bunun üçün sadəcə bu sektorda xaricdə oxuyub çalışan öz azərbaycanlı vətəndaşlarımızdan da yardım ala bilərik. Və əminəm ki, onlar  Azərbaycanımızın inkişafı üçün əllərindən gələni edə bilərlər. Yəni Azərbaycanımız öz yerli resurslarından istifadə edərək günü-gündən çiçəklənə bilər.

Uşaqlar cəmiyyətimizin gələcəyidir, onları uşaqlıqdan necə formalaşdırırıqsa cəmiyyətimiz haqda da indidən proqnoz verə bilərik.

 

Xatirə Mirzəliyeva

kimya/fizika/biologiya üzrə Stokholmda çalışan mütəxəssis müəllim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir