KISI-QADIN

Cəmiyyətdə qadınların sayının az olması hansı problemləri yaradacaq?

Baxış sayı: 744

Azərbaycanda hər 100 qıza 114 oğlan düşdüyündən doğulan oğlanların sayı qızlarla müqayisədə çoxdur. Əslində, hər 100 qıza 104-105 oğlan düşməlidir. hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur. Doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etməsi ehtimalı nəzərə alınarsa, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa mənfi təsir edə bilər.Üstəlik, qadınların sayının az olması bizi də Hindistan kimi, qadına qarşı təcavüzkar bir topluma çevirməyəcəkmi?

Cəmiyyətdə qadınların sayının az olması hansı problemləri yaradacaq?

Mövzu ilə bağlı fikirlərini bildirən sosioloq, professor Əhməd Qəşəmoğlu aşağıdakıları dedi:

ehmed qesemoglu

“Son onilliklərdə qız uşaqları daha az doğulur, bunun da səbəbi selektiv abortlardır. Burda insanlıq üçün ağrılı məqamlar baş verir, amma cəmiyyət bu barədə danışanda məsələnin ən vacib tərəfinə yox, ikinci tərəfinə fikir verir. Deyirlər qızlar azalacaq, oğlanlarımız evlənməyə qız tapmayacaq. Əvvəla ölkədə oğlan uşaqlarının çox doğulması daha yaxşı haldır. Təbiət əgər oğlanların qızlardan 6-7 faiz çox doğulmasını tənzimləsəydi, bu ideal olardı. Bu bizim ölkə üçün də keçərlidir. Nə üçün? Oğlanlar böyüyəndə ölkədən çıxıb gedirlər, döyüşlərdə, qəzalarda, dava- dalaşlarda həlak olurlar. Yaş gəlib evlənmək həddinə çatanda demək olar ki, say etibarilə qızlar üstünlük təşkil edir. Məslən 80-ci illərdə Azərbaycanda bu problem idi, İsmayıllı rayonunda qızlar ərə gedə bilmirdilər.Bu barədə hətta o zaman dövlət səviyyəsində işlər aparılmışdı, çünki bu rayondan köçüb gedən gənc oğlanların sayı həddən artıq çox idi. Biz əslində bu mövzudan danışanda başqa bir ağrılı məsələyə diqqət yetirməliyik.Təsəvvür edin, ata- ana qız uşağını abort etdirmək qərarı verəndə öz övladının qatili olur, qatil psixologiyası formalaşır.

İkinci məqama isə məsələnin tibbi aspekti ilə əlaqədardır. Gedib ana bətnində uşağın USM müayinəsini keçirirlər. Hələ isbat olunmayıb, tibb sona qədər öyrənməyib ki, uşağın həyatı üçün USM müayinə daha sonralar hansı fəsadlar verə bilər. Oğlan və qızların say həddində fərq 7-10 faiz təşkil edirsə, bu normaldır. Lakin Azərbaycanda indi bu 14 fazi təşkil edir. Xoşagəlməz hal bu ola bilər ki, oğlanlarımız evlənməyə qız tapmayanda, başqa millətlərə üz tutacaq, başqa etnik qruplarla köklərimiz qarışacaq. Etnik tərkib dəyişəndə milli maraqlar da dəyişir, ölkənin müdafiə gücü də zəifləyir. Məsələn Almaniyada çoxlu sayda ərəb və ya türkə bənzəyən alman görürük, İsveçdə Orta Asiyalılarla nikahlardan doğulmuş vətəndaşlar üstünlük təşkil edir.Millətin içərisində qızların sayı oğlanlardan 15 faiz az olanda etnik tərkibdə dəyişmələr başlayır.Fransada gəzəndə bilmirsən fransızların əhatəsindəsən, yoxsa ərəblərin. İndi nə Fransa əvvəlkidir nə Hollandiya, nə Belçika. Ən qorxulu hal valideynlərdə qatillik hərəkatının başlanmasıdır. Bu mənəziyyata ciddi cərbələr vurur, qəddarlaşma yaradır”,- deyən sosioloq çıxış yolu olaraq cəmiyyətdə ciddi maarifləndirilmənin aparılmasının vacibliyini vurğuladı.

 

İlhamə Rəsulova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir