usaqlar

Cəngəlliklərin gözlənilməz sirləri – FOTOLAR

Baxış sayı: 1. 504

Cəngəlliklər və meşələr min illərboyu insanların məskunlaşdırdıqları və belə demək mümkünsə özlərinəməxsus sivilizasiya yaratdıqları ərazilər olub. Ona görə də hər bir ağac, hər bir daş özünün arxasınnda çoxsaylı sirləri gizlədə bilər. Hər halda günümüzdə məhz qədim sivilizasiyaların böyük əksəriyyətinin izlərinə meşəliklərdə, cəngəlliklərdə rast gəlmək mümkündür. Ona görə də qədim sivilizasiyaları öyrənən və tədqiq edən tədqiqatçıların diqqətini həmişə keçilməz meşəliklər,cəngəlliklər maqnit kimi özünə cəlb edib. Düzdür, hazırda kosmosdakı peyklər vasitəsi ilə dünyanın istənilən bölgəsindəki istər yeraltı, istərsə də yerüstü sirləri öyrənmək mümkündür. Buna baxmayaraq cəngəlliklər əvvəlki kimi yenə də öz sirlərini gizlətməkdə davam edir. Bunun səbəbi də qeyd etdiyimiz kimi Yer kürəsinin böyük hissəsinin tam şəkildə öyrənilməməsidir.

Amazon üzüyü

Braziliyanın demək olar hər yerində tropik meşələr mövcud olmazdan min illər əvvələ aid edilən üzükvarı kanallara rast gəlmək olar. Bu tikililər özləri ilə çoxlu sayda sirlər gizlədirlər və arxeoloqlar onların mahiyyətini izah etməkdə çətinlik çəkirlər. Belə ehtimal edilir ki, bu üzükvarı kanallar torpaq qəbristinalıqlar və ya müdafəi qurğularıdırlar. Bəzi tədqiqatçılar hətta daha çox irəliyə gedərək onların Naməlum Uçan Obyektlər (NUO) tərəfindən tropik meşələr mövcud olmazdan əvvəl qoyduqalrı izlər belə hesab edirlər. Bu üzükvari kanalların çox hissəsi Naska səhrasındakı geoqlifləri xatırladırlar. Bu müəmmalı izlərin daşdövrü insanları tərəfindən qoyulan yadigarlar ola biləcəyi də vurğulanır. Amma daş dövrü insanları təbii ki, belə üzükvari kanalları inşa edə bilməzdilər.

Sentinellilər

Sentinellilər adı verilən qəbilə dünyadan özlərini təcrid edən insanlar hesab edilirlər. Hind okeanındakı Sentinel adasının şimalındakı cəngəlliklərdə yaşayan və yaşadıqları ərazinin adı ilə eləcə də sentinellilər adlandırılan bu qədim qəbilənin 60 min ildən artıq orada yaşadıqları ehtimal edilir. Arxeoloqlar və tədqiqatçıların onlara yaxınlaşmaq, dil tapmaq cəhdləri isə yüz illərdir boşa çıxmaqdadır. Belə ki, onlar özlərinə yaxınlaşan adamları öldürür və heç kimlə əlaqəyə girmək istəmirlər. Sentinellilər elmə məlum olmayan naməlum dildə danışırlar və əsas silahları da ox və nizədir. Təxmini hesablamalara görə, sentinellilərin sayı 500 nəfərdir və onlar tibbin uğurlarından istifadə etmədən belə olduqca sağlam, gümrahdırlar. Nə qədər qəribə olsa da dünyadan təcrid olunmalarına baxmayaraq sentinellilər metal alətlər hazırla bilirər. Sentinellilərlə bağlı diqqəti cəlb edən müəmmalardan biri isə onların 2004-cü ildə baş verən və adanın tamamilə sualtında qalmasına səbəb olan sunamidən necə sağ çıxmalarıdır. O vaxt belə hesab edilirdi ki, on minlərlə insanın ölümünə səbəb olan və böyük dağıntılara gətirib çıxaran sunami sentinellilərin də son nəfərinə kimi məhv olmasına gətirib çıxaracaq. Lakin belə olmadı. Sunamidən sonra adanın üzəri ilə alçaqdan ucan və köməksiz insanlara yardım etmək istəyən vertolyotun heyəti gözlənilməz hadisə ilə qarşılaşdı. Sentinellilər heç nə olmamış kimi öz gündəlik həyat tərzlərini yaşamaqda idilər. Onlar adanın üzərində alçaqdan uçan vertolyotu görən kimi nizəni havaya qaldıraraq ərazini tərk etməsini istədilər. Hətta vertolyotu oxlarla “atəşə” də tutdular. Qəribə idi ki, müasir elmi texniki inkişaf sunami təhlükəsindən insanları xilas edə bilmədiyinə baxmayaraq sentinellilər onun məhvedici və dağıdıcı təsirindən xilas ola bilmiş və bu zamanda itki verməmişdilər. Belə ehtimal edilir ki, onlar təhlükəni öncədən hiss edərək adadakı xüsusi yeraltı sığınacaqlarda gizlənə bilmişdilər. Onların sunami dəhşətlərindən necə xilas olması, həyatlarını, dillərini öyrənmək üçün zorakılıq anlamına gələn müxtəlif addımlar atıla bilərdi. Ancaq beyənlxalq təşkilatlar və tədqiqatçılar daha çox insani, humanitar amilləri nəzərə alaraq sentinellilərin həyat tərzinə müdaxilə etmək istəmirlər. Ona görə də bu günə kimi sentinellilərin sirlərini öyrənmək mümkün olmayıb.

İtirilmiş nəhəng şəhər

2012-ci ildə Ekvadorda cəngəlliklərinin dərinliklərində sonralar elmə nəhənglərin şəhəri adı altında düşən qədim sivilizasiya qalığı tapıldı. Şəhər olduqca böyük, çəkisi 15-20 ton olan daş plitələrdən inşa edilmşdi. Bu daş plitələri qaldıraraq olduqca riyazi dəqiqliklə bir-birlərinin üzərinə qoymaq indiki elm-texnikanın köməyilə ilə belə olduqca çətin hesab edilir. Ona görə də dərhal belə bir ehtimal irəli sürüldü ki, qədim şəhəri vaxtı ilə yaşayan nəhəng insanlar inşa ediblər və onlar hazırda kubikdən ev tikən ustalar kimi asanlıqla tonlarla ağır daşları qaldıraraq biri-birilərinin üzərinə qoyublar. Qədim şəhərdən tapılan və ev inşa etmək məqsədi ilə istifadə edildiyi ehtimal edilən alətlərin böyüklüyü də bunu sübut etməkdədir. Məsələn, təkcə baltanın ağırlığı 800-900 kiloqramdır. Belə bir baltanı günümüzdə azı 8-10 adam bir yerdən ancaq qaldıra bilər. Bu da qədim şəhərin nəhəng adamlar tərəfindən inşa edildiyini söyləməyə imkan verir.

Qvatemalada daş baş

Ötən əsrin 50-ci illərində Qvatemaladakı cəngəlliklərdən birində daşdan yonulan nəhəng insan başı aşkar edildi. Daş başın sifət gizciləri yerli camaatınkınə bənzəmir, harada isə Qafqaz xalqları nümayəndələrini xatırladırdı. Onun nazik dodaqları, böyük burnu vardı və özü də nəzərini göyə dikmişdi. Sanki o səbrsizliklə göydən kiminsə gələcəyini gözləyirdi. Bir neçə il daş başı tədqiq edən araşdırmaçı Oskar Padilya onun Qafqaz xalqlarınının nümayəndələrini xatırlatdığını təsdiq etdi. Ancaq Qafqazla ondan min kilometrlərlə uzaqlarda yerləşən Qvatemala arasında hər hansı əlaqənin olmadığını nəzərə alanda onun bu yerə necə gəlib çıxdığı, kimlər tərəfndən nəhəng daş parçası üzərində qafqazlıların portretinin yonulduğu sirr olaraq qalmaqdadır. Nəhayət ətrafda olan və min lllər bundan əvvəllərə aid edilən daş başların heç biri ona bənzəmir və yerli xalqların xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Belə güman edilir ki, bu daş başı yalnız yerdənkənar sivilizasiyanın insanları hazırlaya bilərdilər.

Amazon meşələrinin yadelliləri

2011-ci ildə Braziliyadakı Mamaus rayonundakı yerli sakinlərin şəkillərini çəkən və onları videolentə alan iki britaniyalı turist insanların arxasında humanoidə oxşar varlığın əksini müəyyən etdilər. Naməlum varlıq yerli sakinlərin heç birinə bənzəmirdi və naməlum uçan obyektləri idarə edən humanoidləri xatırladırdı. Bu ehtimal dərhal ağlabatan göründü. Çünki Mamaus rayonunda dəfələrlə NUO-lar qeydə alınıb. Ona görə də həmin rayon Braziliyalı tədqiqatçıların diqqət mərkəzindədir. Amma hələlik Braziliya hökuməti sirli rayonda aparılan tədqiqatların nəticələri barədə susmağa üstünlük verir.

Həşəratla qidalanan parazit

2011-ci ildə bir qrup tədqiqatçı Honduras cəngəlliklərində əfsanəvi allahlar şəhərini aşkar etdilər. Bu şəhər 1520-ci ildə asteklər tərəfindən qorxulu bir xəstəlik səbəbindən tərk edilmişdi. Asteklər belə hesab edirdilər ki, şəhər allahlar tərəfindən lənətlənib. Şəhərdə qədim bir sivilizasiyaya aid nəhəng tikililəri aşkar edən arxeoloqlar gözlənilmədən elmdə həşərat yeyən parazit adı verilən parazitin hücumuna məruz qaldılar. Bu parazitlər insanın dodaqlarını, burunlarını, sifətini yeyirdilər. Eyni zamanda qədim şəhərdə qazıntılar aparan arxeoloqlar zəhərli ilanların hücumlarına məruz qaldılar. Onlara atəş açaraq öldürürdülər, üzərlərinə partladıcı maddələr ataraq məhv edirdilər. Lakin arxeoloqların üzərlərinə ilanların hücumları ara vermirdi. Onların sayı qarışqa sürülərindən də çox idi və bir öldürülən ilanın yerinə dərhal ikisi peyda olurdu. Nəticədə arxeoloqlar bu lənətlənmiş şəhəri tərk etməyə məcbur oldular. Ona görə də hələlik hansısa qədim sivilizasiyanın sirlərini özündə gizlədən bu şəhərdə tədqiqatlar müvəqqəti olaraq dayandırılıb.

 

Əziz Mustafa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir