tebiet

Cənnətin pilləkənlərinə səyahət

Baxış sayı: 706

Pulunuzu yeni təcrübələr əldə etmək üçün xərcləyəndə daha xoşbəxt ola biləcəyinizi bilirsiniz? Səyahətdən gözəl bir təcrübə var? Yeni dil, mədəniyyət öyrənmək, insanlarla tanış olmaq, yeni yerlər kəşf etmək, bu qədəri belə səyahətin nə qədər dəyərli və vacib olduğunu anlamağımız üçün kifayətdir.

Elə isə “hansı maraqlı yerləri mütləq görməliyik?” , “nələri dadmalıyıq?” –  deyə qısa bir araşdırma edək.

 

Qütb işıqlarını izləyin!

Finlandiyada şüşədən bir eskimo kirayələyib qütb işıqlarını seyr edin!

Qütb işıqlarını izləmək inanılmaz bir təcrübə olacaq, bunun üçün ən uyğun vaxt isə avqust ayından aprel ayının sonuna qədərdir.

Neapolda dünyanın ən dadlı pizzasını yeyin!

İtaliya Neapolitan pizzasının yarandığı yer olaraq bilinir. Marqarita pizzasını kraliça Marqarita üçün italyan bayrağından ilhamlanaraq hazırlandığı deyilir. Kraliça Marqaritanın bəyəndiyi pizzanı bəyənəcəyinizdən isə şübhəmiz yoxdur.

Böyük Kanyonun mənzərəsindən günəşin batmağını mütləq izləyin!

Amerika Birləşmiş Ştatlarının ən məşhur yerlərindən biridir. İldə təxminən 6 milyon insan buranı ziyarət edərək şimali Arizonanın mənzərəsi ilə göz zövqünü oxşayır.

Hindistandan əsl masala içmədən geri qayıtmayın!

Əlinizdə ədviyyatlı və südlü bir fincan çayla Tac Mahalı – dünyanın ən gözəl memarlıq abidələrindən birini seyr edin. Tac Mahal Aqra şəhərində yerləşir, oktyabr və fevral aylarında  bura gəlmək daha uyğundur.

Hava şarı ilə Pəri bacalarından uçun, sonra bir mağarada yatın!

Türkiyədə yerləşən Kappadokiya gözəl və rəngarəng coğrafi quruluşa malikdir, eləcə də yeraltı qəsəbələri mövcuddur. Pəri bacaları qayaların zaman-zaman ovulması nəticəsində yaranmışdır. Hər il çox sayda insan Kappadokiyanı görmək üçün Türkiyəyə gəlir.

Rio-de-Janeyronun karnavallarında rəqs edin!

Şimali Amerika və Cənubi Amerika karnavallar mövzusunda sanki bir-birlərinin antonimidirlər. Rio küçələrində 200-dən çox samba məktəbləri və onların hər birinin öz tərzləri var. Braziliya və onun qumlu çimərliklərini tərk etməmişdən öncə Amazon meşələrinə baş çəkməyi unutmayın.

Cənnətə pilləkənlə çıxın!

Havay adalarında yerləşən “Hayku pilləkənləri” nə az nə çox 3922 pilləkəndən ibarətdir. Əgər siz bu pilləkənlərin zirvəsinə qalxa biləcək qədər cəsarətlisinizsə, özünüzü ən sonda adanın möhtəşəm bütöv görüntüsü ilə mükafatlandıracaqsınız.

Əgər cənnətə gedə bilməsəniz, cəhənnəmin qapılarına hazır olun!

Türkmənistanda yerləşən “Cəhənnəm qapıları” adlanan krater 1971-ci ildə neft axtarışları zamanı tapılıb. Kraterin əslində qazla dolu olduğu ortaya çıxır və yaxın əraziyə yayılmaması üçün mühəndislər onu yandırırlar – o vaxtdan etibarən yanır.

Avatar həyəcanı yaşayın!

Çində yerləşən Tianzi dağları – “Avatar” filmindəki üzən dağlar kimi birləşmələr təsəvvür edin, düşündüyünüzdən daha həyəcanlıdır. Ən yüksək zirvəsi isə dəniz səviyyəsindən təxminən 4140 fut yuxarıdadır.

Canlı bir muzeyə gedin!

Qalapaqos adaları planetin ən möhtəşəm təbii mühitlərindən biridir. Milyonlarla il əvvəl bir sıra vulkanik partlayışlar nəticəsində yaranan adalar Sakit Okeanın sularından çıxmışdır. Unikal yaradılışı ilə cütləşən adaların təcrid olunmuş hissəsi heç bir yerdə tapılmayacaq dərəcədə qeyri-adi heyvan və sualtı dəniz həyatının inkişafına səbəb olur.

Əfsanəvi qəhrəmanların və tanrıların evinə səyahət edin!

Yunan adalarına səyahət mifik keçmişə, göylərə səyahətdir. 1400-dən çox ada Yunanıstan sahillərini bəzəyir. Santorini – romantiklər adası, Mikonos – vəhşi təbiət adası, Yunanıstanın ən dadlı yemək və şərablarını isə Kritdə tapacaqsınız.

Orta Şərq mədəniyyətinə vurulun!

Memarlıq və tarixi abidələr baxımından eləcə də Orta Şərqin gözəlliyini təqdim edən Mərakeş gəzinti üçün saray və bazarlarla doludur. Rəngbərəng xalçalarla dolu bazar meydanlarında özünüzü incəsənətin beşiyində hiss edəcəksiniz.

Dünyanın möhtəşəmliyi bir yazıya sığmayacaq qədər çoxdur, səyahət planlarınızı heç vaxt məhdudlaşdırmayın. Yola davam! (“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir