cay

Çaya görə dişləri töküldü

Baxış sayı: 1. 516
Linda V. adlı qadının dişlərinin tökülməsinə səbəb olaraq qara çay içməsi göstərilib. Almaniyanın “Focus” jurnalında yayımlanan xəbərdə qara çayın nə qədər zərərli olmasından da bəhs edilib. Həkimlər gün ərzində həddən çox çay içmənin diş tökülməsinə, hətta sümük əriməsinə səbəb olduğunu deyib. 47 yaşlı Lindanın illərdir tökülən dişlərinin çox çay içməkdən qaynaqlandığını isbat edən həkim onun dişlərinin çoxunu çıxararaq yerinə protez diş düzəldib.
Henry Ford klinikasının həkimləri də uzun müddətdir bel və ayaq ağrılarından əziyyət çəkən qadını müalicə edə bilmədiklərini deyiblər. Hər gün 20 stəkandan çox çay içən qadın çayın onun yaşama səbəbi olduğunu açıqlayıb. O, spirtli içki içmədiyini, yalnız qara çay qəbul etdiyini deyib. Çay içmədiyi zamanlar özünü zəif hiss etdiyi deyən qadın bəzi günlərdə 100 stəkandan çox çay içdiyini deyib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir