“Çiyələk” salatının hazırlanma qaydasını təqdim edirik:
Tərkibi:
250-300 q toyuq filesi
200 q şampinyon
300 q pomidor
1 soğan
150 q bərk pendir
1 xiyar
2-3 x.q. bitki yağı
5 x.q. mayonez
duz
Göbələyi yuyub doğrayın. Bitki yağında qovurun.
Toyuq filesini bişirib soyudun, xırda doğrayın.
Soğanı xırda doğrayın.
Qaba əti çiyələk formasında, üstündən soğanı döşəyin (güclü soğan dadını xoşlamırsınızsa, əvvəlcə üzərindən qaynar su axıdın, sonra isə 1 x.q. sirkədə 10 dəqiqə marinə edib süzün).
Mayonez çəkin. Duz səpin. Sürtgəcin xırda gözündən keçirdiyiniz pendiri səpin. Üzərinə göbələyi döşəyin.
Mayonez çəkin. Pomidoru xırda kubik doğrayın, döşəyin. Xiyardan çiyələyin “yarpaqları” və “toxumlarını” düzəldin. /milli.az/