ariqlamaq

Çörək yemədən 1 aya nə qədər çəki atmaq olar?

Baxış sayı: 785

Pəhrizə başlar-başlamaq qida rasionundan çıxarılan ilk ərzaq çörəkdir. Bir çox mütəxəssis də çörəyin artıq çəkiyə səbəb olması tezisini təsdiqləyir. Lakin çörəklə birlikdə yeyilən qidaların da buna təsiri danılmazdır.

Arıqlamaq istəyən şəxslərin çörəkdən imtina etməsi vaxt alır. Sağlam qidalanaraq çəki atmaq üçün atılan bu addım birdən-birə deyil, hissə-hissə atılmalıdır.

Çörək deyil, çörəkdən həddindən artıq istifadə artıq çəkiyə səbəb olur. Bu səbəbdən də bəzi mütəxəssislər çörəyin tamamilə yeyilməməsinin tərəfdarı deyil. Bir çox insanı maraqlandıran sual isə çörək yemədən nə qədər arıqlaya biləcəyi ilə bağlıdır.

Karbohidratlı qidaların başında yer alan çörəykdən istehlak etməmək ayda ortalama 4-5 kiloqram arıqlamağınıza yardımçı olacaqdır. Birinci mərhələdə çörəkdən tamamilə imtina etmək əvəzinə, hər yeməkdə yalnız 1 dilim yeyin. Çörək yeməyi dayandırmağa çalışarkən gözdən qaçan ən mühüm nüans isə onun tərkibindəki karbohidratların başqa qidalardan qarşılanmamasıdır. Aşağı kalorili dənli bitkilər, yulaf əzməsi, qəhvəyi düyü və müsli yeyərək bu problemi aradan qaldıra bilərsiniz.

Onu da vurğulayaq ki, bədənin vitaminlərə, minerallara və zülallara ehtiyacı olduğu qədər, karbohidratlara da ehtiyacı var. Bu səbəbdən gündə 1 dilim yemək daha faydalı olacaqdır.

Pəhriz proqramında ağ çörəyi dənli bitkilər, çovdar, tam buğdadan hazırlananlarla əvəzləyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir