Qidalar

COVID-19-dan sağalmanı sürətləndirən QİDALAR

Baxış sayı: 540

Rusiyalı dietoloq Lera Lavski koronavirus infeksiyasından tez sağalmaq üçün pəhrizə zəngin qidaların əlavə edilməli olduğunu bildirib.

Ekspert sinklə zəngin qidaların T-hüceyrələri və immunitetin formalaşmasında iştirak etdiyini qeyd edib.

“Sink ət, qaraciyər, balıq və dəniz məhsulları, istridyə kimi heyvan mənşəli məhsullarda olur. Bitkilərdən: buğda toxumu, qəhvəyi düyü, yulaf, yerkökü, noxud, ispanaq, soğan və demək olar ki, qoz-fındıq məhsullarının tərkibinə daxildir”, – Lavski “RİA Novosti”yə müsahibəsində deyib.

Bundan əlavə, diyetoloq orqanizmdə sink çatışmazlığını testdən keçmədən necə təyin etməyin mümkün olduğunu izah edib. Lera Lavskinin dediyinə görə, dəri səpkiləri, dərinin qabıq verməsi və ya iltihab, xoralar, dermatitlər, psoriazlar, yaraların gec sağalması sink çatışmazlığına işarədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir