“Çox yaşamağıma səbəb viskidir”

Baxış sayı: 1. 541

111 yaşlı Britaniya vətəndaşının sözlərinə görə, onun uzun ömrünün sirri viski, sağlam qida və normal yuxu rejimindədir. “Vesti.ru”nun məlumatına görə, yaxın günlərdə doğum gününü qeyd edən Nazar Sinkh bu gün münasibətilə də bir parç pivə və bir qədəh viski içib.

Nazar Sinkhin oğlunun sözlərinə görə, atası hər gün süd və badam yağı içir, 9 saat yatır. Maraqlı məqamlardan biri odur ki, 111 yaşlı britaniyalı heç bir zaman əməliyyat olunmayıb, eşitmə qabiliyyətini və bir neçə öz dişini qoruyub saxlayıb. 111 yaşı olmasına baxmayaraq, 4 il bundan öncəyə qədər bağdakı işlərlə özü məşğul olub.

Hindistanda dünyaya gələn Nazar Sinkh doğum gününü öz vətənində qeyd edib.

111 yaşlı N.Sinkhin 9 övladı, 34 nəvəsi və 64 nəticəsi var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir