deri

Dərini necə qorumaq olar?

Baxış sayı: 476

Yaşlanmanın dəriyə təsirinin qarşısını almağın ilk yolu düzgün baxımdır. Bəs bu baxım necə olmalıdır?

Havanın soyuq, buludlu və ya günəşli olmasından asılı olmayaq günəş kremlərindən istifadə olunmalıdır. Əlləri nəm saxlamaq da vacibdir. Eyni zamanda gündəlik işlərdə əlləri kimyəvi maddələrdən qorumaq üçün işləyərkən əlcəklərdən istifadə etmək tövsiyə olunur.

deri

Ümumiyyətlə cilddəki quruluq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Dəri xəstəliyi yoxdursa, onu nəmləndirmək və bol maye qəbul etmək tövsiyə olunur. Qırışların və sallanmaların qarşısını almaq üçün siqaret və spirtli içkilərdən imtina etməlisiniz. Stresi azaldan fəaliyyətlər, dərin nəfəs məşqləri, yoqa və meditasiya da son dərəcə faydalıdır.

A, C və E vitaminləri ilə zəngin yumurta, ispanaq, qızılbalıq, yaşıl çay, avokado, nar, fındıq kimi qidaları istehlak etmək təkcə dəri deyil, həm də saç tökülməsi problemini azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir