aile budcesi

Daha az pulla necə dolana bilərsiniz?

Baxış sayı: 1. 033

İqtisadi böhran üzündən dolanmaq üçün kifayət qədər pul qazanmaq çətinləşib? Pandemiya, təbii fəlakətlər, siyasi iğtişaşlar və silahlı qarşıdurmalar qısa zamanda iqtisadiyyatı tənəzzülə uğrada bilər. Gəlir mənbəyinin itkisi stresə səbəb ola bilər, amma bu yazıdakı məsləhətlərə əsaslanan praktiki addımlar daha az pulla yaşamağa kömək edir.

Əvvəlkindən daha az pulunuz olsa da, yeni maddi vəziyyətinizə öyrəşə bilərsiniz. Vəziyyətin dəyişdiyini nə qədər tez qəbul edib ona uyğunlaşmağa çalışsanız, bir o qədər sizə və ailənizə onun öhdəsindən gəlmək asan olacaq.

Ala biləcəyiniz hökumət və ya humanitar yardım haqqında məlumat əldə edin. Tez hərəkət edin, çünki adətən yardım almaq üçün müraciətin müddəti məhdud olur.

PUL

2) Bir ailə kimi birgə çalışın.

Vəziyyəti həyat yoldaşınız və uşaqlarınızla müzakirə edin. Açıq danışsanız, ailənizdə hamıya dəyişikliklərin səbəbini anlamağa və onları dəstəkləməyə kömək edə bilərsiniz. Hamı qənaətcil olsa və israfçılıq etməsə, pulunuz hər şeyə çatacaq.

 

3) Büdcənizi planlaşdırın.

Daha az pulla dolanmalı olduqda hər qəpiyi nəyə xərclədiyinizi bilmək həmişəkindən daha vacibdir. Əvvəlcə yeni vəziyyətdə aylıq gəlirinizi nəzərə alaraq büdcə tərtib edin. Sonra cari aylıq xərclərinizi və xərcləmə vərdişlərinizi qeyd edin, baxmayaraq ki, bunları dəyişmək lazım gələcək. Çalışın aylıq xərclərinizə gözlənilməz xərclər və ya fövqəladə hallar üçün pul ayırmağı da daxil edəsiniz.

Məsləhət: Xərclərinizi yazanda xırda xərcləri də daxil etməyi unutmayın. Bu xərclərin zamanla nə qədər pul apardığı sizi təəccübləndirəcək. Məsələn, bu cür xırda xərclərini hesablayan bir nəfər görmüşdü ki, il ərzində saqqıza bir neçə yüz dollar pul xərcləyir!

 

4) Xərclərinizi vacibliyinə görə siyahıya alın və dəyişiklik edin.

Gəlirinizlə xərclərinizi müqayisə edin. Cari gəlirinizə uyğun olsun deyə nəyi siyahıdan çıxarda və ya azalda biləcəyinizi müəyyən edin. Növbəti sahələri nəzərdən keçirin:

pul yigmaq

Nəqliyyat. Əgər bir dənədən çox maşınınız varsa, bəlkə, birini satasınız? Əgər maşınınız bahalıdırsa, bəlkə, onu daha ekonomik modelə dəyişəsiniz? Maşın əvəzinə ictimai nəqliyyatdan və ya velosipeddən istifadə edə bilərsiniz?

Əyləncə. Peyk və kabel televiziya xidmətlərinə ödənişli abunəni ən azı bir müddət ləğv edə bilərsiniz? Daha ucuz xidmətlər tapa bilərsiniz? Məsələn, bəlkə, sizin yerli kitabxanada filmləri, elektron kitabları və audiokitabları pulsuz kirayə götürmək olar?

Kommunal xərclər. Su, elektrik və yanacaq xərclərini azaltmağı ailənizlə müzakirə edin. İşıqları söndürmək və daha qısa duş qəbul etmək əhəmiyyətsiz görünə bilər, ancaq bu cür vərdişlər pula qənaət etməyə kömək edir.

Qida. Kafe-restorana getmək əvəzinə, evdə yemək hazırlayın. Nə bişirəcəyinizi əvvəlcədən planlaşdırın, mümkündürsə, çox bişirin və artıq qalan yeməkləri atmayın. Planlaşdırmadığınız şeyləri almayasınız deyə mağazaya getməzdən əvvəl siyahı tutun. Mövsümi ərzaqlar alın, çünki onlar adətən daha ucuz olur. Qeyri-sağlam qidaları almayın. İmkan varsa, özünüz tərəvəz əkin.

Geyim. Dəblə getməyin. Yalnız paltarınız köhnələndə təzəsini alın. Mövsümün sonunda endirimdə olan və ya ikinci əl mağazalarında yaxşı vəziyyətdə olan paltarları alın. Hava və şəraitiniz yol verirsə, paltarınızı paltarqurudan maşında yox, açıq havada qurudun. Bununla kommunal xərcləri azalda bilərsiniz.

Nəsə almaq istəyəndə. Nəsə almazdan əvvəl özünüzdən soruşun: «Cibimə uyğundur? Bu həqiqətən mənə lazımdır?» Hər hansı avadanlığı, elektron cihazı və ya maşınınızı təzəsi ilə əvəz etməyi təxirə sala bilərsiniz? Artıq istifadə etmədiyiniz və ya lazım olmayan əşyaları sata bilərsiniz? Onda həyatınız sadələşəcək və əlavə pulunuz olacaq.

Məsləhət. Gəliriniz gözlənilmədən azalanda buna siqaret çəkmək, qumar oyunları və spirtli içkilərdən sui-istifadə kimi zərərli və baha başa gələn vərdişlərdən azad olmaq fürsəti kimi baxın. Nəinki sizin maddi vəziyyətiniz yaxşılaşacaq, həm də həyatınızın keyfiyyəti artacaq.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir