derman

Damarları xolesterindən, böyrəkləri qumdan təmizləyən, güc və gümrahlıq verən təbii dərman

Baxış sayı: 617

Bu faydalı dəmləmənin reseptini tanınmış Latviyalı həkim-fitoterapevt, müalicəvi bitkilər mövzusunda bir neçə kitabın müəllifi Artur Tereşko təklif edib.

“Gencaile.az” xarici KİV-lərə istinadla sizə bu dəmləmənin reseptini təqdim edir.

Bu dəmləmə çox güclü müalicəvi və profilaktik təsirə malikdir:

– damarları xolesterindən təmizləyir

– infarkt və insultun riskini azaldır

– qanda şəkərin səviyyəsini aşağı salır

– böyrəkləri qumdan və duzlardan təmizləyir

– iltihabları azaldır

– bağırsaqlarda ziyanlı mikrobları öldürür

– xroniki yorğunluğu yox edir

– insana güc və gümrahlıq verir

Resept:

İnqrediyentlər:

– 4 limon

– 2 x.q. rəndələnmiş təzə zəncəfil

– 2 baş sarımsaq

– 2 l su

Hazırlanması:

1. Limonları yaxşı yuyun, doğrayın, şəyirdəkləri çıxardın. Zəncəfil kökünün soyun, sürtgəcdən keçirin, sarımsağı təmizləyin, hamısını birlikdə blenderdən keçirin.

2. Kütləni 2 l qaynar suyun içinə tökün, zəif odda 5 dəqiqə qaynadın, 8 saat saxlayın, sonra süzün.

Dəmləməni hər gün 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl için. Müalicə kursu – 2 ay.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir