DOLMA

Dietik dolma necə hazırlanır? – RESEPT

Baxış sayı: 546

Tərkibi:

1 stəkan bulqur

150 qr bişmiş file

35-40 ədəd iri Üzüm yarpağı

2 ədəd pomidor

1 ədəd böyük yerkökü

1 kiçik banka qarok

1 ədəd soğan

1 dəstə şüyüd

Nanə, sarıkök, darçın, duz, istiot

1 yemək qaşığı kərə yağı

 

Sous üçün:

2 st. qatıq,

0,5 st. limon suyu,

yarım deste cəfəri,

1 böyük diş sarımsaq,

çox az duz

 

Hazırlanması:

Əvvəlcəe bulqurumuzu yuyub isladıriıq. Daha sonra bir qabda soğanı rəndələyirik. Pomidorları, yerkökünü xırda olmaqla kubik şəkilində doğrayırıq, bulqur, qarok, xırda doğranmış şüyüd, file və digər ləvazimatlarımızı soğanın üzərinə əlavə edib taxta qaşıqla qarışdırırıq. Yarpağın içinə lazımi qədərincə içliyi qoyub əvvəlcə kənarlarını bükürük daha sonra saplaq tərefindən başlayıb ucuna qədər rulet şəklində bükürük. Qazanın dibinə 4 ədəd yarpaq səririk, daha sonra dolmaları düzürük, üzərinə 1 stəkan qaynar su əlavə edib vam odda bişməyə qoyuruq.

 

Sousun hazırlanması:

Qatıqı bir qaba töküb, üzərinə duz, limon suyu, xırda doğranmış cəfərini əlavə edib qarışdırırıq. Bişdikdən sonra dolmaları boşqaba düzüb kənarlarına limon dilimləri düzürük üzərinə sous əlavə edib servis edirik.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir