Google Chrome

DİQQƏT! Google Chrome səsinizi dinləyir

Baxış sayı: 2. 077

“Gencaile.az” “azvision.az”a istinadən xəbər verir ki, brauzerin yaradıcısı olan Google şirkəti 2013-cü ilin oktyabrında bunu aradan götürdüyünü bildirsə də, israilli proqramçının fikrincə, brauzerin son yenilənmiş versiyalarında analoji hal təkrarlanır.

Tal Aterin iddiasına görə, zərərli saytlar brauzerin səs tanıma sisteminə daxil olur. İstifadəçi sayta öz kompüterinin mikrofonundan istifadə etmək üçün icazə verməlidir. İcazə verildikdən sonra Chrome brauzeri bu barədə siqnalı qəbul edir. İsrailli proqramçının iddialarına görə isə haker və zərərli saytlar xüsusi kod vasitəsilə kompüterin mikrofonuna çıxış əldə edə bilərlər.

İstifadəçi həmin saytı tərk etsə belə, onun bütün danışıqları dinlənilir.“Qısa müddət üçün daxil olduğunuz belə zərərverici saytları tərk etsəniz belə, sizi uzun müddət dinləyə bilərlər”, – deyə Tal Ater bildirib.

Məsələyə münasibət bildirən Google şirkəti isə W3C konsorsiumunun internetin standartlarını müəyyən etdiyini və bununla bağlı cavab gözlədiklərini söyləyiblər. “Biz yeni araşdırma apardıq və əvvəlki kimi hesab edirik ki, istifadəçilər üçün birbaşa təhlükə yoxdur. Çünki istifadəçi hər bir sayt üçün səs tanıma funksiyasını ayrı-ayrılıqda aktiv etməlidir”, – deyə şirkətdən cavab gəlib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir