dogum

Doğulmamış uşağını itirən xanımınıza necə dəstək olmalısınız?

Baxış sayı: 1. 577

Ailə həyatı nə qədər təlatümsüz və anlaşıqlı olsa da,  elə vəziyyətlər olur ki, məsələn doğulmamış uşağın itirilməsi (tibdə bu, uşaqsalma adlanır) hətta ən xoşbəxt və möhkəm cütlüklər də çətin sınağa çevrilir. Təəssüf ki, heç kim bundan sığortalanmamışdır. Əgər bu məhz sizin cütlüyün başına gəlmişdirsə, qüvvənizi toplamalı və baş vermiş hadisəyə birlikdə, əl-ələ verərək davam gətirməlisiniz, bu, yalnız bir-birinizi dəstəkləməklə mümkündür.

Mənəvi dəstək

İtki ağrısı cütlüyün hər iki tərəfinə xasdır, ancaq bətnində körpə gəzdirən qadın üçün bu daha ağırdır. Onun üçün bu həm mənəvi, həm psixoloji, həm də fiziki cəhətdən ağırdır, axı çox zaman uşaqsalma ağrılar, qan itirilməsi və tibbi prosedurlarla müşayiət olunur. Qadın üçün bu zaman yaxınları və doğmalarının, ilk növbədə isə həyat yoldaşının dəstəyi çox önəmlidir.

Sizə, həyat yoldaşı kimi, son dərəcə diqqətli olmaq, qayğı göstərmək lazımdır ki, xanımınız özünə qapanmasın, öz duyğularını sizinlə bölüşsün, hətta onun göz yaşlarına da davamlı olmalısınız. Həm də psixoloqların əksəriyyəti əmindir ki, ağrını məhz öz hisslərinə yer verməklə, göz yaşları ilə keçirmək lazımdır. Hətta siz uzun-uzadı emosional söhbətlərin tərəfdarı deyilsinizsə də, indii səbirli olmalı, xanımınıza göstərməlisiniz ki,  o öz həyəcanlarını məhz sizinlə bölüşə bilər. O nə qədər ürəyini çox açsa, qəlbi bir o qədər rahatlıq tapacaq, deməli, tez də ruhən sakitləşəcək və baş verənlər çox tezliklə keçmişdə qalacaq.

Sağlamlıq

Psixoloji durum bütövlükdə orqanizmin sağlamlığına təsir edir, buna görə də xanımınızın sağlamlığına yüksək diqqət də çox mühüm amildir.

Əgər şok vəziyyəti və zəifliklə bağlı olaraq o, baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq iqtidarında deyilsə, uşaq salmanın səbəbləri isə hər-hansı bir hormonal, mübadilə və ya anatomik amillərlə bağlıdırsa, onda siz qüvvənizi toplayaraq həkimə danışmalısınız. Həkim sizi başa salar və xanımınızın sağalması üçün lazım olan tövsiyələr verə bilər.

Xanımınızın müntəzəm və sağlam qidalanmasına nəzarət edin.  Həyəcanlar və stress vəziyyəti ilə əlaqədar olaraq (bunların təsiri özünü sonralar da göstərə bilər), o, yeməkdən imtina edə bilər,  buna görə də onun gün ərzində neçə dəfə və müntəzəm qidalanmasına nəzarət etmək lazımdır, çünki bərpa olunmaq üçün orqanizmə balanslaşdırılmış qida zəruridir. Ona daha çox maye qəbul etmək lazımdır,  bu vəziyyətdə orqanizmi susuzlaşdırmaq qətiyyən yolverilməzdir. Ancaq alkoqol və kofedən istifadə etmək arzuolunmazdır,  halbuki meyvə olduqca böyük fayda verir.  Yuxu güc mənbələrindən biridir və buna görə də vaxtında yatmaq, eyni zamanda, yuxugətirici preparatları məhdudlaşdırmaq lazımdır.

Asudə vaxt

Bir yerdə daha çox vaxt keçirməyə çalışın, qoy birgə istirahətiniz aktiv və rəngarəng olsun. Hər ikiniz üçün maraqlı olan mədəni tədbirlərə gedin, daha çox pozitiv emosiyalar alın, bunları bir-birinizlə bölüşün, bu, baş verənləri daha tez unutmağa kömək edir.

Sizin xanımınız üçün hər hansı bir kursa getmək, yeni nə isə öyrənmək ən yaxşı vaxt keçirmək vasitəsidir. Siz həmçinin xanımınız üçün spa prosedurlarına hədiyyə sertifikatı da ala bilərsiniz, qadınların hamısı hovuza getməyi, yoqa ilə məşğul olmağı xoşlayır.

Şopinqi əbəs yerə «terapiya» sözü ilə əlaqələndirirlər, çünki bir çox depressiya hallarında bu, qadınlara özünə gəlməkdə daha çox kömək edir. Yeni əşyalar, aksessuarlar almaq sizin sevgilinizin adi günlərinə rəng qata bilər, axı qadın güzgüdə öz gözəl əksini görəndə əhvali-ruhiyyəsi qalxır və bu da streslə mübarizəyə kömək edir. Ona komplimentlər söyləməyi də unutmayın, sizin üçün onun nə qədər cazibədar, gözəl olduğunu söyləyin.

Bundan əlavə, rahatlanmaq və sakitləşmək üçün tənəffüslə bağlı məşqlər etməyi öyrənmək yaxşı olar. Bunlardan bir neçəsini nümunə gətirə bilərik:

  1. Döşəmədə rahat uzanın, kürəyinizin, dizlərinizin və belinizin altına bürmələnmiş dəsmal qoya bilərsiniz. Gözlərinizi yumun. Nəfəsinizi buraxın.
  2. Yavaş-yavaş dördə qədər saymaqla əvvəl qanınıza, sonra  isə döş qəfəsinizə hava yığmaqla nəfəs alın.
  3. Dördə qədər saya-saya nəfəsinizi buraxın. Bu zaman əvvəl qarnınızı yığın, sonra isə nəfəsinizi buraxmaqla qabırğalarınızı aşağı salın. Növbəti nəfəsalmadan əvvəl yenə dördə qədər sayın.

Bu məşqlər hər ikinizə faydalı olar, həm də bunu birlikdə etmək olar.

İntim həyat

Çox zaman operativ müdaxilədən sonra cütlüyə «cinsi sakitlik» təyin edirlər. Ancaq buna baxmayaraq,  nəvaziş, göstərməyi, öpmək və qucaqlamağı unutmayın. Bütün bu amillər çox mühümdür, bunlar hər ikinizə baş vermiş hadisənin öhdəsindən gəlməyə kömək edir. Xanımınızdan qətiyyən ayrı olmayın, çünki ona istənilən halda sizin dəstəyiniz və nəvazişləriniz lazımdır.

Bunu bilmək lazımdır!

Sizin xanımınızda aşağıda göstərilən əlamətlərin təzahürü mütləq mütəxəssisə müraciət etməyin zəruriliyini göstərir (B.Deytsə görə)

  • Özünə qəsd haqqında davamlı fikirlər, autoaqressiya
  • Özünü ən zəruri olanlarla təmin edə bilməmək
  • Dostları və ailə üzvlərindən kənarlaşmaq, həyat tərzinin dəyişdirilməsi
  • Uzun aylarla depressiyanın davam etməsi
  • Dərman preparatlarından, alkoqol və yeməklərdən çox istifadə etmək. Narkotiklərə aludəçilik
  • Psixi pozuntular (hallüsinasiya, narahatlıq)
  • Çəkinin aşağı düşməsi

Nəhayət, məlum olduğu kimi, uşaqsalma həyəcanlarını yaşamış qadınların, demək olar ki, hamısına körpə anası olmaq xoşbəxtliyi nəsib olur – bu, faktdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir