soyad

Dünya xalqlarının ən məşhur soyadları

Baxış sayı: 370

Rusiya

Sizcə, Rusiyada ən çox yayılan soyadı hansıdır? Çoxlarınız düşünmədən İvanov soyadını qeyd edəcəksiniz. Lakin bu, belə deyil. Belə ki, son zamanlar Rusiyada ən çox yayılmış soyad Smirnovdur. Bu soyadı 2.5 milyon insan daşıyır və onların əksəriyyəti Rusiya və Belarusda yaşayırlar. Smirnov soyadının mənası sülh və barışıq deməkdir.

 

ABŞ

ABŞ-da ən çox yayılan soyad Smitdir. Nəinki ABŞ-da , hətta Avstraliyada,Yeni Zelandiyada və digər inglis dilli ölkələrdə Smit soyadı çox yayılıb. Digər yayılan soyadlardan biri də Jonsonsdur. Hətta son 100 il ərzində bu soyadlar öz aktuallığınıda itirmirlər.

 

Çin

Li soyadını daşıyan 100 milyondan çox insanın əksəriyyəti Çində yaşayır. Çində  yayılan Çjan soyadı, hətta “Ginnesin Rekordlar Kitabı”na düşüb. Bu soyad 4000 il əvvəl öz köklərini qədim Çin imperiyasından götürüb. Həmçinin burada çox yayılan soyadlardan biridə Vongdur. Görünür çinlilər müxtəlifliyi sevmirlər və buna görə çox yayılmış ad və soyadlardan istifadə edirlər.

 

İspaniya

İspaniya dedikdə Qonzales soyadı yada düşür. İspanların 2.08% -i bu soyadı daşıyır. Bu soyad hətta Latın Amerikasında, Çilidə və Argentinada çoxluq təşkil edir. İspaniyada məşhurlaşmış soyadlardan biri də Qarsia soyadıdır. İspaniya əhalisinin 3.32%-i bu soyadın daşıyıcısıdır.

 

Almaniya

Almaniyada çox geniş yayılan Müller soyadıdır. Müller soyadı, həmçinin Avstraliyada və İsveçrədə də geniş yayılıb. Almanlar mürəkkəb adları çox sevirlər və bu, onlarda katolik bir ənənədir.

 

Cənubi Afrika

Cənubi Afrikada ən çox yayılan soyadları – Dlamini və Ntulidir. Bu soyadlar daha çox Keyptaun və Yohannesburq əhalisi arasında yayılmışdır. Cənubi Afrikada yaşayan insanlar uşaqlarına qəşəng və əhəmiyyətli adlar verməyi sevirlər. Məsələn, Nemət(mübarək), Preshes(zər), İmanati(dua növü)

 

Yaponiya

Uzaq və əsrarəngiz Yaponiyada insanların çoxu Suzuki adlanır. Yaponiyada yayılan soyadların əksəriyyəti ölkənin mənzərəli və gözəl yerlərinin adlarıdır. Bu ölkədə gözəl mənalı ad və soyadları çox sevirlər.

 

Braziliya

Tipik Braziliya sakini Silva və ya Santos soyadını daşıyır. Burada yaşayan insanların ad və soyadlarının kökləri Portuqaliyaya gedir və bu, heç də təəcüblü deyil, çünki Portuqaliya 300 il ərzində Braziliyanı idarə edib. Braziliyalılar yalnız mürəkkəb adları sevirlər.

 

Hindistan

Hindistanda hər şey çox mürəkkəbdir,çünki burada cəmiyyət kastalara bölünür və bu bölgü insanların həyatını çox çətinləşdirir.Hindistanlılar çox dindar və eyni zamanda çox qəhrəman və şərəfli bir xalqdır. Soyadları sanki onlar haqqında danışır: Singh- aslan, Xan- Padşah, Devi- Tanrı. Devi və Singh soyadları burada çox məşhurdur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir