Dünyada 14 qeyri-adi xidmət növü

Baxış sayı: 1. 751

Tələb təklifi yaradır. Bu yazımızda dünyada xidmət sahəsində olan 14 qeyri-adi işdən danışacayıq. Bu qeyri-adi biznes növlərindən siz də xəbər tutun.

Üzr istəyən

Üzr istəmək – həmişə çətin, bəzi hallarda isə mümkünsüz olub. Bu səbəbdən üzr istəyə bilməyənlər bunun üçün adam tuturlar. Bu xidmət Yaponiyada yaranıb və qiyməti 96-240 dollar arası dəyişir.

Küçük kirayəsi

Əgər evdə küçük almağa cəsarət etmirlər və gərara gələ bilmirlərsə, onu kirayə götürmək olar. Belə xidmətin saatına 15 dollar verməli olacaqsınız. Bu xidmət ABŞ-ın Yuta ştatında göstərilir. Avstraliyada isə hətta toyuğu kirayə verirlər.

Paparazzi

Əgər siz özünüzü tanınmış hiss etmək istəyirsiniz isə, “Celeb 4 a Day” şirkəti sizə kömək edəcək. “Bir günlük məşhur” firması müxtəlif paparazzi, pərəstişkar ordusunu cəmi 500 dollara Nyu-York, Los-Anceles və San-Fransiskoya göndərəcək.

Sərxoş avtobusu

Las-Veqasda sərxoşluqdan qurtulmaq üçün xüsusi avtobuslar fəaliyyət göstərir. Bu avtobuslarda siz lazım olan iynə-dərman əldə edə bilərsiniz.

Bir gecəlik karlik

Qonaqları təəccübləndirmək üçün partiyə karlik dəvət edə bilərsiniz. Belə xidmət ABŞ və Böyük Britaniyada mövcuddur.

Nənə

Avstraliyada “Kirayə nənə” agentliyi var ki, sifariş ilə bütün nənəlik borclarını yerinə yetirə biləcək yaşlı xanım dəvət edə bilərsiniz.

Meyit külündən portret

Əgər siz Virciniya ştatında yaşayırsınız isə, ən sevimli qohumunuzun meyit külündən portret sifariş edə bilərsiniz. Bunun qiyməti 127 dollar təşkil edir.

Ölüm cəzasına məhkum olunmuşlara nahar

Toronto şəhərində “Sonuncu nahar” şirkəti fəaliyyət göstərir ki, onlar sifariş ilə ölüm cəzasına məhkum olunmuşlara edamdan öncə yemək gətirə bilirlər. Yemək ilə yanaşı müxtəlif DVD disklər və maskalar hədiyyə olunur.

Bir saatlıq dost

Əgər sizə gözlənilmədən dost lazım gələrsə RentAFriend şirkətinə müraciət edə bilərsiniz. Saatı 10 dollara.

Bir saatlıq xarici vətəndaş

Bəzilərinə isə xarici vətəndaş lazım ola bilər. Yaponiya şirkətləri sifarişiniz əsasında sizlərə həqiqi xarici vətəndaşlar göndərə bilərlər.

Növbədə duran

Nyu-Yorkda növbədə sizin yerinizə dura biləcək insanlar mövcuddur. Bunun üçün ilk bir saata 25 dollar, qalan hər saata görə isə 10 dollar xərcləməyiniz lazımdır.

İxtisaslı pikaper

Bar və ya kluba gedirsiniz və qızla tanış olmaq istəyirsiniz? Böyük ABŞ şəhərlərində xüsusi şirkətlər mövcuddur ki, pul müqabilində sizinlə kluba gedəcək və sizin yerinizə tanışlıqda ilk addımları yerinə yetirəcək “dost” təklif edir.

Restoran araşdıranlar

Əgər restorana getmək istəyirsiniz isə, lakin orada vəziyyətin necə olduğundan bixəbərsiniz isə, sizə iPhone üçün Crowdmug tətbiqi kömək ola bilər. Əgər lazımlı yerdə ziyarətçi olarsa, sizə şəkil və video göndərəcək və müqabilində hesabınızdan pul silinərək onun hesabına oturacaq.

İt nəcisini yığan

Burada artıq hər şey bəllidir. Əgər itinizin nəcisini toplamaq istəmirsiniz isə, bunun üçün xüsusi adamlar var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir