hrdiyye

Dünyanın qeyri-adi hədiyyələri

Baxış sayı: 574

Bizim üçün dəyərli olan insanlara hədiyyə verərkən, onların sevindiyini görərək özümüzü xoşbəxt hiss edirik. Hədiyyə bir insana verilən sadəcə bir pay deyil, həm də ona göstərilən diqqətdir. Ən yaxşı hədiyyə verəcəyiniz insanın gizli fikirlərini nəzərə alaraq verilən hədiyyədir. Hədiyyələr dəyərlərinə görə müxtəlif ola bilər. Lakin dünyanın ən inanılmaz və qeyri-adi hədiyyələri bunlardır:

 

Elvis Preslinin anasına hədiyyə etdiyi “Cadillac”

Minlərlə qəlbi fəth edən məşhur və istedadlı müğənni Elvis Presli anasına çox bağlı bir övlad olub. Rok-n-rollun kralı Elvisin ən sevdiyi maşın növü “Cadillac” idi. Onun anasına olan ən möhtəşəm hədiyyəsi də məhz “Cadillac – Flitvud-60” olub. Bu “cəhrayı gözəl” uzun illər müddətində insanların heç bir zaman çin olmayacağı bir arzuya çevrilmişdir. Yaddaşlara həkk olunan bu maşın dəyərli tarixi abidə kimi Memfisdə yerləşən “Elvisin evi” adını daşıyan muzeydə saxlanılır.

 

Lora Xedlenqin qayınanası üçün çəkdiyi qeyri-adi şəkil

Böyük Britaniyada yaşayan məşhur rəssam Lora Xedlenq qayınanasına olan böyük hörmətini və sevgisini göstərmək üçün qadının şəklini qızardılmış çörək tikələrindən yığmışdır. Hətta bu qeyri-adi hədiyyə məşhur “Ginnesin Rekordlar Kitabı”na belə daxil olmuşdur. Əsrarəngiz şəklin ərsəyə gəlməyi üçün rəssam 600-ə yaxın çörək və 9852-ə qədər qızardırılmış çörək tikəsi istifadə etmişdir.

 

Van Qoq sevdiyi qadına qulağını hədiyyə etmişdi

Bütün dünyaya əcaib əsərləri ilə səs salan məşhur rəssam Van Qoq sevdiyi xanıma verdiyi hədiyyə ilə də yaddaşlara həkk olunub. Rəssamın sevgilisi ona iltifat edərək, gözəl qulaqları haqqında söz açıb. Bu sözlərdən sonra sevgisini sübut etmək üçün Van Qoq qeyri-adi hərəkət edib.O, qulaqlarını kəsərək sevgilisinə hədiyyə edib. Lakin hədiyyəni birmənalı qəbul etməyən xanım, hətta çox qorxmuşdu və Van Qoq haqqında polisə şikayət etmişdi.

 

Madonna sevgilisinə mahnı həsr etmişdi

Məşhur müğənni Madonna sevgilisi Qay Riçiyə, Elton Conun mahnısı olan “Qaya həsr olunan nəğmə” adlanan hitini öz tərzində ifa etmişdir. Müəyyən müddətdən sonra onlar ayrılıblar. Lakin Madonnanın bu romantik jesti insanların qəlbində özünəməxsus bir yer tutmuşdu.

 

Kral XVI Lüdoviqın yoldaşına hədiyyə etdiyi samur xəzi

Fransa kralı XIV Lüdoviq öz həyat yoldaşına çox dəyərli samur xəzindən düzəldilən palto hədiyyə etmişdi. Bu paltonun qeyri-adiliyi sadəcə qiymətində deyildi. Palto 1.5 kilometr uzunluğu ilə təəccüblü baxışları özünə cəlb etmişdi. Bu paltonu geyinərkən, kraliça sarayın bağçasında ayaqyalın belə gəzə bilərdi.

 

Klaydın Boniyə hədiyyə etdiyi kaktus zəmisi

Hamımız məşhur oğrular Boni və Klaydı tanıyırıq. Onların qeyri-adi sevgi hekayəsi vardır. Məşhur oğru sevgilisinə tropik bitki olan kaktus zəmisini hədiyyə etmişdi, çünki o tekila içkisini çox sevirdi. Həmin içki məhz bu bitkidən düzəldilir.

 

Riçard Bartonun Elizabet Teylora hədiyyə etdiyi dəyərli üzük

Tarixə düşən ən inanılmaz hədiyyələrdən biri də Riçard Bartonun sevgilisi olan Elizabet Teylora hədiyyə etdiyi 70 karat brilyantdan olan dəyərli üzükdür. Bu üzük sehirli görünüşü ilə yaddaşlarda qalmışdı.

 

Djo Di Madjonun gözəl jesti

Gözəl jesti ilə yaddaşlarda qalan idmançı Djo Di Madjo dəlicəsinə sevdiyi məşhur aktrisa Merlin Monroya hər gün bir dənə qızılgül hədiyyə edib. Hətta onun ölümündən sonra belə qəbri üstünə qızılgül gətirib. 20 il ərzində hər gün sevdiyi qadına gül verən bu inanilmaz insan yaddaşlarda əbədi həkk olub. İllər boyu verilən gülləri toplasaq 7305 güldən ibarət nəhəng bir dəstə olur.

 

Mark Antoninin Kleopatraya hədiyyə etdiyi nadir inci

Adı tarixə düşən sərkərdə Mark Antoni cazibədar Kleopatranı heyran etmək üçün onun şərabla dolu qədəhinə nadir tapılan və çox dəyərli inci atmışdır. Kleopatraya incini bəyənməsən suya ata bilərsən deyə söyləmişdi.

 

Aristotel Anassis sevdiyi xanıma ada hədiyyə etmişdi

Milyarder Aristotel Anassis valeh olduğu Janet Kenediyə Yunanıstanda yerləşən “Əqrəblər adasını” hədiyyə etmişdi. İllər sonra həmin adada onların toyu olmuşdu.

 

Sultan Cahan şahın Tac Mahalı

Hindistanda yerləşən Dünyanın Yeddi Möcüzəsindən biri Tac Mahal 1632-ci ildə sultan Cahan şah tərəfindən tikilmişdir. Cahan şahın xanımı Mümtaz Mahal 14-cü övladını dünyaya gətirən zaman ölür. Bu acıya dözməyən Cahan şah Mümtaz Mahala böyük məhəbbətini əbədiləşdirmək üçün misli görünməmiş memarlıq abidəsini inşa etdirir. Bu gözəl abidə 2007-ci ildə ümumdünya səsvermə nəticəsində Dünyanın Yeddi Möcüzəsi siyahısına salınıb.

 

Padşah Navuxodonosorun asma bağları

Dünyanın digər möcüzələrindən biri olan Semiramidanın asma bağları İraqda yerləşir. Bu bağlar e.ə. VII əsrdə padşah Navuxodonosor tərəfindən həyat yoldaşına həsr olunmuşdur. Quraqlığda salınan bu bağlar əsl sevginin rəmzinə çevrilmişdir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir