“GENCAİLE.AZ” anspress-ə istinadən energetik içkilər haqqında 10 faktı sizə təqdim edir.
1. 1980-ci ilin əvvəllərində Avstriya vətəndaşı Ditrix Mateşiç uzun illər sonra sənaye məqsədilə istifadə etməyə qərar verdiyi içkini icad edib və istifadəsinə başlamışdı. Hazırda isə Red Bull energetik içki bazarının 70 faizini əhatə edir.
2. Energetik içkilər əhvalın yaxşılaşmasına və əqli fəaliyyətin stimullaşmasına xeyirlidir. Hər kəs öz istəyinə uyğun energetik içki tapa bilər; onları 2 qrupa bölmək olar: tərkibində çox kofein olan (oxumağa və işləməyə daha çox meylli olan tələbələr üçün nəzərdə tutulub), digərlərinin tərkibində isə daha çox vitamin və karbohidrat mövcuddur (asudə vaxtlarını idman zalında keçirtməyə üstünlük verən insanlar üçün nəzərdə tutulur).
3. Energetik içkilərin tərkibində vitamin və qlükoza kompleksi mövcuddur. Vitaminin üstünlükləri hamıya məlumdur. Qlükoza isə öz növbəsində, tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Bir fincan qəhvənin təsiri 1-2 saat sürdüyü halda, energetik içkinin təsiri 3-4 saat davam edir. Bundan əlavə, demək olar ki, bütün energetik içkilər qazlaşdırılmışdır və bu da onları qəhvədən fərqləndirən daha bir xüsusiyyətdir.
4. Bu içkiləri dozayla ciddi uyğunluqda istifadə etmək lazımdır. Günə 2 şüşə maksimal dozadır. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.
5. Energetik içkilərin orqanizmi enerji ilə təmin etməsi fikri əsassızdır. İçki yalnız bədənin daxili ehtyatlarına yol açır, bir növ açar funksiyası daşıyır. Biz şəxsi enerji mənbəyimizdən istifadə edirik və ya sadə dillə desək, biz orqanizmdən enerji alırıq. Nəticədə, gec və ya tez biz orqanizmimizə olan borcumuzu yorğunluq, yuxusuzluq, əsəbilik və depressiya yolu ilə faizlə geri qaytarmağa məcbur oluruq.
6. Hər bir stimulyator kimi energetik içkilərin tərkibində olan kofeinlə əsəb pozğunluğuna gətirib çıxara bilər. Onun təsir gücü ortalama 3-5 saat sürür, sonra isə orqanizm istirahətə ehtiyac duyur. Bundan əlavə, kofein asılılıq da yaradır. Tərkibində qlükoza və kofein birləşməsi olan içkilər cavan orqanizm üçün çox ziyandır.
7. Bir çox energetik içkilərin tərkibində sürətli ürək döyüntüsü və titrətməyə səbəb olan B vitamini mövcuddur. Fitnes sevenlər unutmamalıdırlar ki, kofeinin bunlardan əlavə güclü sidikqovucu təsiri mövcuddur. Fiziki aktivlik zamanı orqanizm küllü miqdarda maye itirdiyi üçün məşqlərdən sonra energetik içki içmək düzgün deyil.
8. Energetik içkilərin tərkibində, həmçinin taurin və qlyukoronlakton da mövcuddur. Habelə bu cür içkilərdə taurinin səviyyəsi qida ərzaqlarında yol verilən ümumi miqdardan bir neçə dəfə yüksəkdir, qlyukoronlaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500 dəfə üstələyir. Alimlər hətta indiyə kimi bu cür tərkib hissənin orqanizmə necə təsir göstərdiyini və kofeinlə necə qarşılıqlı əlaqəyə girdiyini dəqiq bilmirlər. Buna görə də bu cür qidalarda yüksək dozadan təhlükəsiz istifadə hələ də müəyyən edilməyib və bu məsələ hələdə araşdırılmalıdır.
9. Sağlamlığımız üçün energetik içkilərdən təhlükəsiz istifadə qaydaları:
– tövsiyə edilən gündəlik dozanı aşmaq, yəni sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz.
– hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür.
– heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz və məhz bunu daima klub müştəriləri edirlər. Kofein qanın təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.
10. Yeri gəlmişkən, bədənimiz 3-5 saata kofeindən təmizlənir. Belə olan halda bu müddət ərzində tərkibində kofein olan digər içkilərdən (çay, kofe) istifadə tövsiyə edilmir. Əks təqdirdə ortalama doza üstələnə bilər.