Ev heyvani

Ev heyvanlarının sağlamlığa hansı faydaları var?

Baxış sayı: 445

Tədqiqatlar təsdiq edir ki, ev heyvanları immuniteti gücləndirməkdən tutmuş stresi azaltmağa qədər bir çox cəhətdən bizə kömək edir. Onlar hətta kəskin qoxu duyğularından istifadə edərək xəstəlikləri aşkar edə bilirlər. Ev heyvanlarının xüsusi üstünlükləri hansılardır? Alimlərin bununla bağlı bəzi maraqlı fikirləri ilə tanış olaq.

 

Heyvanlar stress və narahatlığı azaldır

Stress yaşayırsınız? Həkimlər sizə ev heyvanı almağı məsləhət görə bilər. Heyvanlarla qarşılıqlı əlaqə oksitosin hormonunun səviyyəsini artırır ki, bu da stres yaradan başqa bir hormon olan kortizolun səviyyəsini azaldır.

Heyvanlarla ünsiyyət gənc uşaqlara xüsusilə böyük təsir göstərir. Ev heyvanları olan uşaqlar daha az stress, narahatlıq, sosial problemlər yaşayır, bu da yetkinlik dövründə psixi, emosional və davranış pozğunluqlarının inkişaf ehtimalını azaldır.

 

Ev heyvanları xəstəliklərimizi müəyyən edə bilər

Yüksək qoxu hissi olan heyvanlar insan bədənindəki kiçik dəyişiklikləri aşkar edə bilirlər. İtlər və pişiklər problem hiss edəndə sahiblərinə xəbərdarlıq edərkən davranışlarını kəskin şəkildə dəyişirlər. Çox vaxt heyvanlar xərçəng, narkolepsiya, miqren, diabet kimi xəstəlikləri hiss edə bilərlər.

İtlər xəstəliklərə xüsusilə həssasdırlar, onları yüksək dəqiqliklə müəyyən edirlər. Məsələn, itlərin döş xərçəngini 88 %, ağciyər xərçəngini isə 99 % dəqiqliklə hiss etdikləri məlum olub.

ev heyvanlari

Heyvanlarla ünsiyyət xəstəni sağaldır

Heyvan terapiyası bir çox xəstəxanalarda, qocalar evində, məktəblərdə istifadə olunur. Narkomaniya üzrə ixtisaslaşmış Amerika müalicə mərkəzləri xəstələrə ev heyvanları ilə ünsiyyət qurmağı təklif edir və yalnız bu deyil, həm də onların tükləri daha tez sağalmağa kömək edir, əhvalınızı yüksəldir.

Post-travmatik stress pozğunluğunun müalicəsində yaşlılar və veteranlar üçün xüsusi proqram var – onlar xidməti itləri, labradorları və Qızıl Retrieverləri yetişdirmək üçün hazırlanırlar.

 

Aşağı təzyiq

Heyvanlar qan təzyiqini azaltmağa və ürəyi gücləndirməyə kömək edir.

Kardioloqlar itlərin qan təzyiqini aşağı sala və sahiblərinin ürək sağlamlığını yaxşılaşdıra biləcəyini təsdiqləyirlər.

Yüksək qan təzyiqi olan insanlar üzərində aparılan bir araşdırmada, itləri övladlığa götürənlərin tez-tez ev heyvanları ilə təması səbəbiylə qan təzyiqi səviyyələrində nəzərəçarpacaq dərəcədə azalma müşahidə edildi. Araşdırmalar pişik sahibləri üçün də oxşar nəticələr göstərib.

 

Ev heyvanları bizi daha aktiv edir

Ev heyvanları olan insanlar daha çox məşq edirlər. Bu, gəzinti və oyunlar, çimmək, təmizliyə aiddir. İt sahibləri, əlbəttə ki, bu mövzuda daha fəaldırlar, lakin pişiklər də geri qalmır.

Statistikaya görə, it sahiblərinin tövsiyə olunan məşqləri yerinə yetirmə ehtimalı 54 % çoxdur.

 

Heyvanlar xəstəlik riskini azaldır

Bir it və ya pişik saxlamaq xərçəng, allergiya, ürək xəstəliyi kimi xəstəliklərin inkişaf riskini azalda bilər. San-Fransisko Universiteti və Stenford Universitetinin alimləri müəyyən ediblər ki, ev heyvanları immuniteti artırır, insanı xərçəngin müəyyən formalarından qoruyur.

Ev heyvanları allergiyanın da qarşısını almağa kömək edə bilər. Marti Beker, amerikalı baytarlıq məsləhətçisi izah edir: “Heyvanlarla əhatə olunmuş fermalarda böyüyən uşaqlarda allergiya olmur. Heyvan tükləri onlar üçün təbii immunoterapiya kimidir”.

heyvanlar

Ev heyvanları “sosial mübadiləmizə” töhfə verir

İstər itinizlə parkda otursanız, istərsə də mağaza sahibi ilə ən yaxşı pişik yemi brendi haqqında söhbət etsəniz, ev heyvanları sizə yeni insanlarla əlaqə saxlamaq imkanı verir.

Atlantadakı “Emory” Universitetinin psixiatriya professoru Nadine Keslou deyir ki, ev heyvanları sosial təcrid və həddindən artıq utancaqlıq kimi psixi sağlamlıq problemləri ilə mübarizədə faydalıdır.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir